Zabux məktəbində maarifləndirmə tədbiri keçirildi - VİDEO
İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" proqramı çərçivəsində sakinlərin təhlükəsizliyinin təmin edilməsi və mina təhdidlərinə qarşı mübarizə məqsədilə maarifləndirmə tədbirləri genişləndirilir. Bu silsilədən növbəti görüş Laçın rayonunun yenidən salınmış Zabux kəndində məktəbli uşaqlar üçün təşkil olunub.
Adalet.az xəbər verir ki, tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı, eləcə də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə baş tutub.
Tədbir zamanı ANAMA-nın mütəxəssisi tərəfindən şagirdlərə mina və partlamamış hərbi sursatların təhlükəsi, şübhəli əşyaların tanınma nişanələri barədə ətraflı məlumat verilib, təhlükəli ərazilərdə davranış qaydaları izah edilib, maarifləndirici brüoşurlar təqdim olunub.
Digər Xəbərlər
08 Mart 2026 00:00
Bu gün Beynəlxalq Qadınlar Günüdür
07 Mart 2026 17:11
Ağ Şəhərdə metro nə vaxt açılacaq? - VİDEO
07 Mart 2026 15:15
Naxçıvanda qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb
07 Mart 2026 12:31
8 Mart günü yağış yağacaq
06 Mart 2026 23:16
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - FOTOLAR
06 Mart 2026 16:36
Ağaclar nə vaxt budanmalıdır?
06 Mart 2026 14:35
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində - FOTOLAR
05 Mart 2026 15:43


Bakı -°C

