Şəlalə Camal: Bütün solğun şəkillərə rəngi verən gülüşdür...

146 | 2025-05-14 19:10

Bütün solğun şəkillərə rəngi verən gülüşdür. 
O gülüş ki, bəşəridir, ürəkdəndir, 
günəş kimi sönməzdir!
Bütün adil olan şəxslər ilahidir, müdrikdir
O müdrik ki, kamil olan dəyərlərin sahibidir!
Bütün sağalmaz yaralar, ümid, səbirlə sağalır,
O səbir ki, içdən gəlir, üsyansızdır, ümiddəndir.
Bütün böyük qələbələr kiçik sükutlarda doğur,
O sükut ki, içində kəlmə yatır, hikmət gizlənir.
Bütün böyük məhəbbətlər kiçik nifrətdən yaranır,
O nifrət ki, eşqə dönür uçurumlara yol alır.

TƏQVİM / ARXİV