“İstehlakçı hüquqlarını bil və tələb et!” adı altında maarifləndirmə kampaniyasına start verilib
Dövlət Agentliyinin təşəbbüsü ilə "İstehlakçı hüquqlarını bil və tələb et!" adı altında maarifləndirmə kampaniyasına start verilib.
Adalet.az xəbər verir ki, bu çərçivədə 6 mindən çox ticarət və xidmət obyektində üzərində "İstehlakçının əl kitabçası" adlı maarifləndirici materiala birbaşa keçid imkanı verən QR kodun yer aldığı 9 mindən artıq poster yerləşdirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının qorunması, onların öz hüquqları barəsində maarifləndirilməsi, xüsusilə də sahibkarların öz fəaliyyətlərini istehlakçı məmnunluğu yönündə qurmağa təşviq edilməsi məqsədilə genişmiqyaslı maarifləndirmə kampaniyasına başlanılıb.
Dövlət-özəl dialoqu əsasında həyata keçirilən maarifləndirmə kampaniyası çərçivəsində Bakı şəhərində və regionlarda yerləşən iri market şəbəkələrində, elektronika mağazaları və yanacaqdoldurma məntəqələrində, həmçinin Bakı şəhərində yerləşən geyim mağazalarında, eləcə də böyük ticarət mərkəzlərinin reklam lövhələrində ümumilikdə 6 mindən çox obyektə "İstehlakçı hüquqlarını bil və tələb et!" çağırışı ilə hazırlanan maarifləndirici poster yerləşdirilib. Bugünədək 9 mindən artıq posterin yerləşdirilməsi başa çatıb, proses hazırda da davam etdirilir.
İstehlakçılar posterlər üzərində əks olunmuş QR kodu mobil telefon vasitəsilə asanlıqla oxudaraq Agentliyin rəsmi internet səhifəsində yerləşdirilmiş "İstehlakçının əl kitabçası" (https://competition.gov.az/az/page/melumat-merkezi/istehlakcinin-el-kitabcasi) adlı maarifləndirici materiala keçid edə və onu yükləyə bilərlər.
Materialda lazımi keyfiyyətli qeyri-qida malı dəyişdirilərkən, qüsurlu mal satılarkən, eləcə də iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların sahib olduqları hüquqlar, eyni zamanda sözügedən hallarla rastlaşdıqda istehlakçılar tərəfindən atılacaq addımlar, zəmanət öhdəlikləri və yararlılıq müddəti barədə məlumatlar əks olunub ki, bu da istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin artırılmasına xidmət edir. Nəticə etibarilə, istehlakçılar mal, iş və ya xidmət aldıqları müəssisələrdə öz hüquqlarını bilməklə yanaşı, həm də sahibkarlarla daha sağlam və qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq imkanı əldə edəcəklər.
Digər Xəbərlər
01 May 2026 13:32
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
01 May 2026 13:26
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq
01 May 2026 13:25
Bu malların buraxılışı müvəqqəti dayandırıla bilər
01 May 2026 13:24
Malların gömrük proseduru altında qalma müddəti müəyyənləşir
01 May 2026 13:23
Gömrük ödənişlərinin qaytarılması yeni qayda ilə həyata keçiriləcək
01 May 2026 12:23
Əli Əsədov bu müəssisəyə sahibkarlıqla məşğul olmaq icazəsi verdi
01 May 2026 11:17
“ABŞ-nin iqtisadiyyatı təxminən 32 trilyon dollardır”
01 May 2026 10:55


Bakı -°C

