adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7

Ukrayna müharibəsinə son qoymağın vaxtı çatıbmı?.. - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
532 | 2024-03-24 17:07

Ukrayna müharibəsi dalana dirənib. Ukraynanın hərbi qüvvələri itirilmiş ərazilərin qaytarılması üçün Rusiyanın hərbi qüvvələriylə mübarizə aparmaq gücündə deyil. 

Bu fikirdə olan Qərb mətbuatı yazır ki, artıq münaqişənin diplomatik yolla həll olunması zamanı çatıb. Bu həm Moskva, həm Kiyev, həm də Vaşinqton üçün sərfəli variant ola bilər.

Harisson Kass yazır ki, Rusiya-Ukrayna müharibəsi artıq üçüncü ildir ki, davam edir və ictimayyətin əksəriyətini belə bir sual düşündürür, "müharibə hansı sonluqla bitəcək?".

ABŞ bu günədək Ukraynanın müdafiəsi üçün 75 milyard dollar vəsait xərcləyib və Vaşinqtonun bu xərcləri praktiki olaraq müharibənin sona çatması üçün özünü doğruldubmu? 

Hazırki vəziyyət göstərir ki, münaqişə dalana dirənib. Aylar, illər ötsə də, tərəflərdən heç biri bu müharibədə demək olar ki, hansısa üstünlüyə nail ola bilməyib. İnsan tələfatı ilə bağlı statistikalar göstərit ki, rəqəmlər ağıla gəlməz dərəcədə artmaqdadır. Dəqiqləşdirilməmiş məlumatlara görə, hər iki tərəfdən həlak olanların sayı artıq 500 min nəfəri keçib. Hər iki tərəfin ərazilər uğrunda mübarizəsi perspektivləri isə görünmür. 

Ukraynanın hazırda itirilmiş ərazilərini geri qaytarmağa hazır olduğunu söləmək olmaz. Kiyevin son əks hücumları istənilən nəticəni vermədi və gələcəkdə də bu cür həmlələrin iflasa uğrayacağını güman etmək olar. Bu günki gündə Birləşmiş Ştatların dəstəyinin zəifləməsi də Ukraynanı çətin vəziyyətə salıb. Əslində heç ABŞ-ın da sonadək Ukraynaya maliyə və hərbi yardım göstərə biləcəyi  inandırıcı görünmür...

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı işğalçı hücuma keçməsi qərarının özü bu ölkə üçün faciə kimi qiymətləndirilməlidir. Bu, vaxtı ilə SSRİ-nin Əfqanıstana hücum etməsinə bənzəyir. SSRİ rəhbərliyinin səhv qərarı sovet rejiminin və sonda imperiyanın dağılmasına gətirib çıxardı. Düzdür, Putin çətin ki, Rusiyanın dağıla biləcəyini düşünür, lakin hər bir halda Ukrayna müharibəsinin uzanmasının Rusiya üçün ağır nəticələrə səbəb olacağını anmayacaq dərəcədə abdal da deyil.

Ən ağlr nəticələrdən biri Rusiyanın bu müharibədə çoxsaylı canlı qüvvəsini və təbii ki, hərbi-texniki vasitələrinin itirilməsidir. Bu Rusiya hərbi qüvvələrinin zəifləməsinə gətirib çıxara bilər. İkincisi isə, Putinin müharibə qərarı, dünya arenaslnda nüfuzunu itirməsinə, siyasi kapitalının iflasa uğramaslna, Şimali Koreya və İran kimi çıxdaş ölkəyə çevilməsinə gətirib çıxarmaqdadır.

Müharibənin diplomatiq yollarla həllinə nail olmaq, daha çox ABŞ-a lazımdır kimi görünür. Çünki, artıq dalana dirənmiş münaqişənin davam etdirilməsinə vəsait xərcləmək strateji cəhətdən də əlverişli deyil. Lakin, on illər bundan əvvəl Rusiya ilə Ukrayna arasında münaqişə yaratmaq istəyən Vaşinqton geri addım atmaq istəyəcəkmi?

ABŞ bu münaqişənin başlaması və hələ uzun müddət davam etməsi üçün yüz milyardlarla dollar vəsait xərcləyir. Və hələ yəqin ki, xərcləməkdə davam edəcək. Çünki, Ağ Evin sahiblərinin məqsədləri heç də Ukrayna və ukrayna xalqının mənafelərini qorumaq deyıl, bu onları heç maraqlandırmır da. Əsas məqsəd, dünyaya təkbaşına ağalıq etmək üçün Rusiya və Çin kimi hegemon rəqibləri  zəiflədərək sıradan çıxarmaqdır. 

Okeanın o tayındakı "xozynlərinin" göstərişi ilə Ukraynaya hərbi və maliyyə dəstəyi göstərmək məcburiyyətində qalan Qərb dövlətləri də artıq "güclərini" itirirlər.  Ona görə də, sonu görünməyən Ukrayna müharibəsinin, hətta Kiyevin işğal  olunmuş ərazilərindən vaz keçməsi hesabına olsa belə, tezliklə danışıqlar yolu ilə həll olunmasına çağırırlar.  

Bəs görəsən Qərbin bu çağırışları Vaşinqtonda da eşidiləcəkmi? 

 

TƏQVİM / ARXİV