adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Bizdə elə həkimlər var ki.. -  Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
2113 | 2023-08-30 10:41

Nədənsə biz  yerli həkimlərə bir o qədər də inanmırıq. Burada gorünən və gorünməyən məqamlar var. Gördüyümüz odur ki, bəzən elə həkimlərə və klinikalara rast gəlirik ki, onlar adamı soğan kimi soyur, müalicələrinin isə yaxşı təsiri olmur. Hələ bu azmış kimi, bir çox halda pasientlər onların savadsızlığının və təcrübəsizliyinin qurbanı olurlar. Ona  görə də,  əksər vaxtlar imkanlı adamlar  müalicə  üçün xaricə üz tuturlar. Amma bu demək  deyil ki, Azərbaycanda  savadlı həkimlər yoxdur. Ölkəmizdə kifayət qədər savadlı,  avropalı həkimlərindən heç də geri qalmayan  mütəxəssislər var.

Yaxım qohumumuzu Türkiyəyə müalicəyə aparmışdıq.Həkim Bakıda  xəstə üçün yazılmış  reseptə baxdı, üzündə təbəssüm yarandı. Dedi ki, bunu kim yazıbsa,  halal olsun! Dərmanlar  və müalicə düzgün aparılıb.

Mən bu həkimin adını və soyadını yazmıram, çünki bunu o həkim də istəmir. Dəfələrlə  demişəm ki, həkim, sizdən bir yazı hazırlayım, amma razılıq verməyib. Bircə onu deyib ki, yaxşı həkimin  reklama ehtiyacı yoxdur. Çox təəssüf ki, bir çox hallarda belə mütəxəssisləri baş həkimlər incidir və gözümçıxdıya salır. Nə var, nə var, başqaları kimi işləmir, onun dediyi ilə oturub-durmurlar. Amma xalqın gözü tərəzidir.  Kimin hansı işlə məşğul olduğunu bu camaat yaxşı bilir. Baş həkim, həkim var ki, bütün günü pul qazanmaq haqqında düşünür,  həkim də var ki, ömrü boyu təmiz adı və şərəfi puldan üstün tutur. Bax buna görə də belə həkimlər cəmiyyət və xalq tərəfindən  sevilir. Təəssüf ki, onlar bir o qədər də çox deyillər!

TƏQVİM / ARXİV