adalet.az header logo
  • Bakı -°C
10 Sentyabr 2026 17:50
32
ŞOU-BİZNES
A- A+

Coli ABŞ-ni tərk etmək istəyir

Hollivud ulduzu Ancelina Coli ABŞ-ni tərk etmək planlarından danışıb.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, “Oskar” mükafatlı aktrisa bütün övladları yetkinlik yaşına çatdıqdan sonra ABŞ-dən köçmək və daha çox səyahət etmək istədiyini açıqlayıb.

Coli övladlarının müstəqil həyata başlamasını dəstəklədiyini bildirib:

“Bir valideyn kimi ən vacib şey onların qarşısında dayanmamaqdır. Onlar böyük potensiala sahib ayrı-ayrı insanlardır və mən onlarla fəxr edirəm. İndi onlar istəyirlər ki, mən Kambocada sahə işləri aparım, dünyanı gəzib dolaşım və, məsələn, Tunisdən onlara zəng edim”.

Aktrisa həmçinin təyyarə idarə etməyə və motosiklet sürməyə qayıtmaq istədiyini söyləyib.

Qeyd edək ki, Ancelina Colinin altı övladı var. Aktrisanın keçmiş həyat yoldaşı Bred Pittlə münasibətləri isə uzun müddətdir gərgin olaraq qalır.