Qazaxıstan Prezidenti türk dövlətlərinin daxili işlər nazirləri ilə görüşdü - FOTO
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin daxili işlər nazirləri ilə görüş keçirib.
Adalet.az “Akorda”ya istinadla xəbər verir ki, bu, təşkilata üzv ölkələrin daxili işlər nazirlərinin Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan görüşü çərçivəsində reallaşıb.
Kasım-Jomart Tokayev ilə görüşdə Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov, Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov, Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi, Özbəkistanın daxili işlər naziri Əziz Taşpulatov və Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov iştirak ediblər.
Qazaxıstanın dövlət başçısı bildirib ki, türk dövlətlərini tarixi keçmiş, oxşar dil və ənənələr, eləcə də ümumi maraqlar birləşdirdiyindən onlar arasında əməkdaşlıq ildən-ilə möhkəmlənir:“Türk Dövlətləri Təşkilatı dostluğumuzun möhkəmləndirilməsinə böyük töhfə verir. Qazaxıstan bu nüfuzlu təşkilatla hərtərəfli əməkdaşlığın dərinləşdirilməsinə prioritet əhəmiyyət verir. Təşkilata üzv dövlətlər müxtəlif sahələrdə, o cümlədən güc strukturları arasında əlaqələri genişləndirir. Bu baxımdan daxili işlər nazirlərinin görüşü xüsusi əhəmiyyət daşıyır”.
Kasım-Jomart Tokayev, həmçinin dünyada baş verən genişmiqyaslı dəyişikliklərin doğurduğu müasir təhdid və çağırışlara diqqət çəkib.
Görüşün sonunda Qazaxıstan Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrinin liderlərinə səmimi salamlarını çatdırıb və dostluq münasibətlərinin daim qorunub saxlanılmasına çağırıb.
Görüşdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev də çıxış edib.
Digər Xəbərlər
10 Sentyabr 2026 16:55
Bayramov Aİ rəsmisi ilə görüşdü
10 Sentyabr 2026 15:55
Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi
10 Sentyabr 2026 13:46
Əli Əsədov Dünya Bankının regional direktoru ilə GÖRÜŞDÜ
10 Sentyabr 2026 12:17
Prezident kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - FOTOLAR
10 Sentyabr 2026 11:12
Prezidentdən büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı FƏRMAN
10 Sentyabr 2026 10:18
“Ermənistan-Rusiya münasibətlərində dərin böhran davam edəcək”
10 Sentyabr 2026 10:07
“Bu təşkilata maraq göstərən ölkələr arasında Azərbaycan da var”
09 Sentyabr 2026 19:31


Bakı -°C

