Torpağı öpdü və hönkür-hönkür ağladı - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
1728 | 2023-07-17 09:37

Onlar bu torpaqdan , bu ocaqdan otuz ildi, uzaq düşmüşdülər. Ən yaxşı halda kəndlərini  yuxularında görürdülər. Və günlərin birində Laçının və kəndlərinin  qaytarılacaqlarına inanirdılar. Elə bu inamıdı onları yaşadan. Mən  Laçının  Ziyrik kəndindən olan  Arif Ağayevlə iyirmi ilə yaxındır ki, dostluq eləyirəm.

Onunla  tet- tez Füzuliyə, Bəhmənliyi gedirdik və elə bu gün də o yerlərə  baş çəkməyi unutmuruq. Hətta Ariflə o qədər yaxınıq ki, Bəhmənlidə çox adam onu yaxşı tanıyır. Bir dəfə kəndə tək getmişdim, gordüm ki, qohum-əqrəba ona görməyəndə dilxor oldu. Sual  verməyə qoymadım. Dedim ki, Arifgilin  toyları var, ona görə gələ bilmədi. Hər  şeyə aydınlıq gəlndən sonra həm mən, həm də qohumlar  sakitləşdi.Onu da deyim ki, Arif çox canlara dəyən  oglandı. Dostluqda sədaqətlidir, kəsdiyi çorəyə, içdiyi çaya  hörmət eləyən insandır. Kaş bütün dostlar onun kimi dostluğa, düz-çorəyə hörmət eləyədi. Bir sözlə, onun kimi sədaqətli  admalr bu sünyada çox azdır! Onunla Horadizə gedəndə  şəhərin girəcəyində bir  yol nişanı vardı, daha doğrusu, o lövhə idi. Orada Horadizdən sonra  Cəbrayıl, Qubadlı, Zəngilan,Laçın sözləri yazılmışdı. Onda o torpaqlar işğal altında idi.  Arif əlini  lövhədə Laçın sözünın üstünə qoydu və  dedi ki,  Allah mənə Laçına getməyi  qismət eləsin! Və sonra da kövrəldi, gözləri doldu...    

44 günlük möhtəşəm savaşdan sonra  Azərbaycan Ordusu işğal altında olan 9 rayonumuzu, o cümlədən Laçını erməni faşistlərindən  azad elədi!   Bax onda Arifın sevincdən necə ağladığını  gördüm...  Üç il keçəndən  sonra Allah ona Laçına getməyi qismət elədi. Dedi ki, Faiq müəllim, Laçına getməyə icazə almışıq. Allah qoysa, iyulun 7-də mən, yaxın qohumlarım- Rabil Orucov, Aqil Salmanov, Elməddin  Allahverdiyev Laçna gedirik. Sözün düzü, ona gözaydınlığı verdim və " yaxşı yol!"-dedim!  Arif dəmir lövhəyə"Ziyrik" sözlərini yazdırib maşnın yük yerinə qoymuşdu.

Axşamüstü  Laçının Ziyrik  kəndinə çatırlar. Deyir kı, dızimi yerə qoyub torpağı öpdüm sonra da sevincimdən hönkûr-hönkür ağladım.Yanımdakı qohumlar da torpağı öpdülər və gövrəldilər. Evimizin yerin axtarıb tapdım,heç nə qalmamışdı, hamısın dağıtmışdılar. Əmimgilin  evləri də yox idi. Bir sözlə,  Ziyrikdə bir salamat ev yox idi.Amma ağaclar, xüsusən də qoz ağacları dururdu. Ağacların ustündə bir qoz var idi ki, gəl görəsən. Rabil cəld tərpənib bir az qoz yığmışdı. Sındırib yedik. Axşam kəndimizdə qaldiq. Havasından  udduq, bulağın suyundan içdik. Səhər açılanda bir də kəndi qarış-qarış gəzdik.Apardığım "Ziyrik" yazılmış dəmir lövhəni kəndin girəcəyində yerəşdirdik.Sonrakı günlərdə  Zabux, Malbəy, Hüsulü,Minkənd, Sultanlar, Qotaz  kəndlərində olduq.

Həkəri çaynın suyunda yuyunduq. Məşhur şəlalədə əl-üzümüzü yuduq! Bir axşam da Laçın şəhərində  qohumumgilin evində  qaldıq. Laçında və maşallah, elə  tikinti işləri görülür ki, baxanda adamın ürəyi dağa dönür.  Əvvəllər yuxularımda Laçına gedirdim. Amma indi qohumlarımla bir  yerdə Vətənimə getdim və yuxularım çin oldu. Buna görə göydə Allaha, yerdə Prezidentə və Azərbaycan  əsgərinə  minnətdarıq!!!

TƏQVİM / ARXİV