Belə də isti olar, adamın ürəyi partlayır?! Bəs nə bilmişdiniz! Düşünürdünüz ki, havalar iyun ayındakı kimi sərin keçəcək? Tay Allah bizə nə vaxta qədər rəhm edəcək! İndi də yayın ən isti ayıdır.Hər halda bununla razılaşmaq lazımdır.
Yəni istidən çıxış yolları axtarmalıyıq! Deyəsən , yavaş-yavaş o yolu tapırıq ,axı! Belə isti günlərdə ya çimərliklərə , ya da istirahət mərkəzlərinə getməliyik. Bu da elə-belə başa gəlmir. Çimərliklər o qədər də baha deyil. Amma istirahət mərkəzlərinə üz tutsan orada qiymətlər od tutub yanır.
Yayın istisi bir yandan, qiymətlərin də istisi başqa yandan. İndi gəl, görüm özünü neçə hiss eləyirsən! Qubada, Qusarda, Qəbələdə, Lənkəranda ,Masallıda, Haçıkəndə bir axşam istirahət mərkəzində qalsan hər şeyin şahidi olarsan. Həmin yerlərdə bir axşam qalsan yüz manatından keçməlisin. İki nəfər bir həftə qalsa iki min manat pul xərcləməlidir! Bu pul da hər adamda olmur. Amma hamı istəyir ki, heç olmasa, ildə bir dəfə ailəsilə istirahətə getsin. Belə bahalığı görəndə isə gözü kəlləsinə çıxır. Çünki qiymətlər istirahət mərkəzlərində od tutub, yanır. "Yanğını" isə heç kim " söndürmək" istəmir.
Ən azından ona görə ki, bu "yanğın" istirahət mərkəzlərinin sahiblərinə sərf eləyir! İmkansız adamlar üçün ən yaxşı istirahət evdə oturmaqdır. Belə ki, bu bahalıqda oranı görüb nə qanları qaralacaq, nə də onlar xərcə-borca düşəcəklər!!!