
2 iyul -Azərbayan Polisinin Peşə bayramıdır
Azərbaycan polisi dövlətin, xalqın və millətin ən ağir günündə onun yanında olub. Müstəqilliyimizi əldə edəndə də, torpaqlarımızın iyirmi faizi işğal olunanda da, Vətənin ən çətin anında da onlar milləti darda qoymayıblar. Vətənimizin işğaldan azad oluması, eləcə də müstəqilliyimiz uğrunda Azərbaycan polisi yüzlərlə şəhid verib, yüzlərlə əməkdaşı döyüslərdə yaralanıb. Mən bunları gözümlə görmüsəm və Qarabağ ügrunda gedən döyüslərdə onların yanında olmuşam. Gördüyüm o olub ki, polislərimiz yağılarla aslan kimi vuruşublar və düsmən onların qabağindan qaçıblar.
Ölkəmizdə ictimai asayişın təmin olunmasında ,cinayətkarlığa qarşı mübarizədə polisin əməyi əvəzisdır. Ölkə Prezidenti İlham Əliyev Azərbaycan polisinin maddi-texniki bazasının möhkəmləndirilməsini həmişə diqqət mərkəzində saxlayıb və qurum ən müasir texnika , texnologiya ilə təchiz edilib. Polis da cənab Prezidentin etimadını həmişə dögruldub. Son vaxtlar Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizəni daha da güclədirib.Belə ki, cəmiyyət üčün təhlükəli olan bir neçə cinayətkar dəstə yaxalanıb və zərərsizləşdirilib.
Xüsusən də DİN-nin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Çünki" ağ ölümü" yayan minlərlə narkotika alverçisi saxlanılıb və şəbəkəyə qoşulanlar ifşa olunublar. Bu o deməkdir ki, dövrüyyədən tonlarla müxtəlif narko maddələr çıxarılib və bəladan minlərlə insan xilas edilib. Bu bayram günündə Çevik Polis Alayının və Baş Dövlət Yol Polisi İdarəsinin əmədaşlarınında zəhmətini xüsusilə qeyd etmək istəyirik. Ona görə ki, hər iki qurumun ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, hərəkətin təhlükəsizliyinin təmin edilməsində böyük xidmətləri var.
2 iyul -Azərbayan Polisinin Peşə bayramı münasibətilə bu Nazirliyin bütün əməkdaşlarını təbrik eləyir, dövlətimizə, xalqımıza xidmətdə onlara can sağlığı və uğurlar arzulayırıq!!!