Xəbər verdiyimiz kimi, Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Adalet.az-ın məlumatına görə, A.Mursaqulov 1981-ci ildə ildə anadan olub. 2003-cü ildə Türkiyənin Boğaziçi univesitetinin Biznesin İdarəedilməsi fakultəsini fərqlənmə diplomu ilə bitirib, həmin ildə ABŞ-ın Corciya Universitetinin İqtisadiyyat üzrə PhD (Fəlsəfə Doktoru) proqramına universitetin təqaüdü ilə qəbul olunaraq 2008-ci ildə iqtisadiyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi alıb.
A.Mursaqulov 2007-2010-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən nazirin iqtisadi məsələlər üzrə köməkçisi, 2010-12-ci illərdə Vaşinqtonda, Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri, 2012-2019-cu illərdə isə Maliyyə Nazirliyinin Dövlət Borclarının İdarə Edilməsi Agentliyində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb.


Bakı -°C
