Xəbər verdiyimiz kimi, hava şəraiti ilə bağlı olaraq başlama saatı dəyişdirilən "Şamaxı" – "Qarabağ" oyunu başlayıb.
Adalet.az xəbər verir ki, qarşılaşma saat 14:53-də start götürüb.
Məlumata görə, qar yağması səbəbindən stadionun meydana çıxan sahələri təmizlənib və oyuna hazırlıq görülüb.
Təmizləmə prosesində "Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov da iştirak edərək işçilərə dəstək olub.
Stadionun təmizlənməsi tamamlandıqdan sonra oyun üçün şərait tam təmin edilib.
Onun görüntülərini təqdim edirik.


Bakı -°C
