adalet.az header logo
  • Bakı -°C

Xamenei 2 mindən çox məhkumu əfv etdi

103 | 2026-02-10 16:22
A- A+

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxslərin əfv olunmasına, cəzalarının yüngülləşdirilməsinə və dəyişdirilməsinə dair Ali Məhkəmə sədri Qulamrza Möhsün-Ejein müraciətinə razılıq verib.

Adalet.az  "Mehr" agentliyinə istinadən xəbər verir ki, ali rəhbər məhkəmə hakimiyyətinin başçısının ümumi və inqilab məhkəmələri, silahlı qüvvələrin məhkəmə orqanları və dövlət cəzaçəkmə müəssisələri tərəfindən məhkum edilmiş 2 min 108 şəxsin əfv olunması və ya cəzalarının yüngülləşdirilməsi barədə xahişini təmin edib.

Məlumata görə, Qulamrza Möhsün-Ejei Şəban ayı və İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə ayətullah Xameneiyə ünvanladığı məktubda həmin məhkumların əfv olunmasını və ya cəzalarının yüngülləşdirilməsini xahiş etmişdi.

  • Fevral:
  • 6

TƏQVİM / ARXİV