Lənkəranda qadın üçəm dünyaya gətirdi - FOTO
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında 1992-ci il təvəllüdlü hamilə üçəm dünyaya gətirib.
Bu barədə Adalet.az-a TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, pasiyent üzərində həyata keçirilən qeysəriyyə əməliyyatı ilə üçəmlərin doğuş prosesi uğurla icra olunub. Körpələrin çəkiləri müvafiq olaraq 2, 2.1 və 2.0 kq, boyları isə 40, 41 və 42 sm olub. Onlardan ikisi oğlan, biri qızdır.
Bildirilib ki, hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.
TƏBİB-in məlumatında vurğulanıb ki, 34 yaşlı qadının üçəmlərə qədər iki oğlan və bir qız övladı var. Çoxuşaqlı ananın əvvəlki övladlarından bir qız və bir oğlan da əkiz hamiləliklə dünyaya gəlib.
Digər Xəbərlər
10 Fevral 2026 16:43
Haqsız rəqabətlə bağlı 75 obyektin fəaliyyəti araşdırılıb
10 Fevral 2026 14:22
“Məktəblərdə psixoloji xidmətlər formal xarakter daşıyır...” – Zeynəb Əyyubova
10 Fevral 2026 14:21
Yağıntılı və küləkli hava davam edir - FAKTİKİ HAVA
10 Fevral 2026 13:46


Bakı -°C

