
Rusiyanın tanınmış ermənipərəst aparıcısı, Rusiyanın siyasi ideologiyasının aparıcı təbliğatçılarından sayılan Vladimir Solovyov bütün zamanlarda Azərbaycana qarşı nifrəti ilə seçilib.
Dəfələrlə Azərbaycanda olmasına, hörmətlə qarşılanmasına baxmayaraq nifrəti zərrə qədər də azalmayıb. Əksinə artıb, kükrəyib. Hətta, Azərbaycanının 44 günlük Vətən müharibəsindən qazandığı qələbəni gözdən salmaq üçün öz efirindən ağlına gələn iftira, iddia, böhtan söyləməkdən çəkinmədi.
Məsələn, həmişə iyrənc xislətini nümayiş etdiən Solovyov qəlbində heç zaman gizlədə bilmədiyi erməni sevgisinin təsiri ilə mənfur erməni xislətinə bürünmüş özünün yutub kanalında yayımladığı "Polnıy kontakt" canlı efirinə Qarabağdakı separatçı qurumun "XİN rəhbəri" David Babayanı dəvət edib. Solovyov özünə xas riyakarlıqla sözügedən separatçını hansısa bir dövlətin rəsmi nümayəndəsi kimi təqdim etdi. Belə bir vəziyyət nəinki tək azərbaycanlıları, həqiqətin əslini bilən hər kəsi əsəbləşdirdi.
Məsləhət verdik: "Qaz vermə"
Düzü həmişə mənim kimi, əminəm soydaşlarımı da bir azərbaycanlı olaraq, bu nifrətin səbəbi əməllicə narahat edib, düşündürüb.
Sonralar bildik ki, bu binəva Solovyovun bizə “əbədi nifrət”inin səbəbi arvadı imiş.Həmkarlarının sosial şəbəkələrdə yaydığı xəbərlərə görə Solovyov keçmiş həyat yoldaşının ona azərbaycanlı ilə xəyanət edib. Hətta az qala ağlaya-ağlaya deyib ki, azərbaycanlıların günahı böyükdür:“Məni Azərbaycana nifrətdə və ermənipərəstlikdə ittiham edirlər. Ancaq boş yerə …Niyə fərqli mövqe tutmalıyam ki? Azərbaycana qarşı nifrətimin səbəblərini bilirsinizmi? İndiyə qədər ilk həyat yoldaşımın azərbaycanlı ilə mənə necə xəyanət etdiyini unuda bilmirəm!Keçmiş həyat yoldaşımın dediyinə görə, azərbaycanlılar yataqda daha aktivdilər. Ancaq arvadımın görüşdüyü oğlan adi bir tərəvəz satıcısı idi. Bu nüans mənim üçün çox alçaldıcıdır “.
"Qaz"ı başına bəla olan Solovyov
Uzun sözün qısası, bizdən başqa, ukraynalılara, qazaxlara, litvalılara, latışlara və digər dünya ölkələrinin bir çox xalqlarına nifrət edən aparıcıya cinayət işi açılıb.
Adalet.az xəbər verir ki, Litva Baş Prokurorluğu rusiyalı aparıcılar Vladimir Solovyov olmaqla Olqa Skabeyeva və Anton Krasovskinin hərbi cinayətlərdə iştirakını araşdıracaq. Litva seyminin milli təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Laurinas Kaşyunas deyib.
“Bu rus dövlət təbliğatçıları daim açıq şəkildə Rusiya hərbi rəhbərliyini, hərbi qulluqçularını Ukraynada qanunla qorunan şəxslərə qarşı beynəlxalq hüquqla qadağan olunmuş hərəkətlər etməyə çağırırlar. Bundan əlavə, Vladimir Solovyov digər Avropa dövlətlərinə və xalqlarına qarşı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törətməyə çağırış edir”, - o bildirib.
Kaşyunas qeyd edib ki, onlar Ukraynadakı müharibə ilə bağlı insanlıq əleyhinə təbliğat aparırlar.
Qeyd edək ki, Avropa İttifaqı və Kanada höküməti Solovyovla sanksiya tətbiq etmişdi.
P.S. Tik –tok sosial şəbəkəsində bir video çarx var. Yəqin ki, hamınız onu görmüsünüz.Bir kişi həyəcanla, qəzəblə qışqırır: “Ə qaz vermə, qaz vermə, yavaş get, qaz vermə” deyə özün parçalayan kişini deyir. Vallah biz də öz növbəmizdə Solovyova bu sözü çox dedik, hətta məsləhətimizi eşidir kimi göstərib, etdiyi “qələt” görə Azərbaycan dövlətindən və xalqından üzr də istəmişdi...Görünən odur ki, bunun “qaz”ı başına bəla olacaq.
Əntiqə Rəşid
Yazarın digər yazarlar

31 mart soyqırımına gedən yol: Günahsızların “cəzalandırılması” prosesi

Ərdoğan yenə Türkiyənin başında olacaq! - Əntiqə Rəşid yazır
jpg-1741695221.jpg)
Qazilərə “Özünüzü adam kimi aparın" deyən şair Eminqueyə Əntiqə Rəşiddən cavab
jpg-1740669912.jpg)
500 illik sikkələrin satışı tariximizə xəyanət deyil ki? - Əntiqə Rəşid yazır
jpg-1729080582.jpg)
Mübarizə görə tanıdıq, təmkininə, vətənpərvərliyinə, müdrikliyinə görə sevdik - Əntiqə Rəşid yazır
jpg-1727180949.jpg)
Livandakı səfirimizə təşəkkürümüzü çatdırın: "Gəmini" belə saxla!
jpg-1721032709.jpg)
Boşanmaların əsas səbəbkarları fəhlə balalarıdır , ya da... - Əntiqə Rəşid yazır...
