"BakıKart"da yaranan problem aradan qaldırıldı - YENİLƏNİB
Bu gün səhər satlarında Bakının ictimai nəqliyyatında gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, hazırda sərnişinlər ictimai nəqliyyatda ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər.
"Bu gün saat 07:42-08:26 aralığında Nağdsız Ödəniş Sistemində gediş haqqının QR ödənilməsində çətinlik yaşanıb. Səbəb QR generasiyasında texniki problemin yaranmasıdır", - deyə məlumatda qeyd olunub.
***
Bu gün Bakıda ictimai nəqliyyatda onlayn ödəniş sistemi olan “BakıKart”da problem yaranıb.
Adalet.az xəbər verir ki, onlayn ödəniş etmək mümkün olmayıb.
Belə ki, “M10” və “Birbank” tətbiqləri vasitəsilə edilən ödənişlər “BakıKart” cihazlarındakı problem səbəbindən köçməyib.
Nəticədə ictimai nəqliyyat vasitələrində növbələr baş verib.
Xatırladaq ki, bir müddət əvvəl də belə bir problem yaranmışdı.
Digər Xəbərlər
26 Mart 2026 09:47
“Məhz buna görə də bu iftira və şantajları artırırlar...”
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18


Bakı -°C

