adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Silahı verir, lakin atmağa icazə vermir - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
359 | 2023-01-09 11:57

Amerikalı siyasi sərhçi Andreas Klut, Bloombergdə yazır, "ABŞ Kiyevə yeni növ silahları  verir və  Ukrayna Hərbi Qüvvələrinə həmin silahlardan  Rusiyanın ərazilərinə atəş  açmağı  qadağan edir.

  Müəllif qeyd edir ki, Ukrayna ümumiyyətlə Qərb ölkələrinin verdiyi silahları Rusiyanın ərazilərində istifadə edə bilməz. Çünki bu genişmiqyaslı münaqişəyə gətirib çıxarar. Klutun sözlərinə görə, Rusiyanın ərazilərinə girmək, "Kremlin qoyduğu qırmızı xətti keçmək" kimi qiymətləndiriləcək.

  Xatırladırıq ki,  yanvarın 6-da ABŞ Ukraynaya növbəti - 3 milyard dollar dəyərində silah-sursat göndərib. Müharibə başlayandan bəri bu ən yüksək məbləğdə göstərilən yardımdır.

 Bundan başqa, Fransa 225 milyon dollar dəyərində, BMP, qaubitsa və zirehli texnika, həmçinin "yer-göy" raketləri göndərib. Almaniya hökumətinin nümayəndəsi Şteffen Xebeştrayt bəyan edib ki, Ukraynaya 40 ədəd Marder markalı  BMP və Patriot zenit-raket sistemləri kompleksləri göndərəcək.

  Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bəyan edib ki, Qərbin Ukraynaya silah-sursat göndərməsi, münaquşənin həllinə kömək etmir, sadəcə olaraq onun uzanmasına və ukrayna xalqının əzab çəkməsinə səbəb olur. Peskovun sözlərinə görə, ABŞ -ın Ukrahnaya göndərdiyi zenit - raket kompleksləri Rusiya Hərbi Qüvvələrinin qanuni hədəfinə çevriləcək.

  Görünən odur ki, Ukrayna hazırda qalıb iki daşın arasında. Bir tərəfdən nəyin bahasına olursa olsun,  ərazilərini işğal etmək istəyən Rusiya, digər tərəfdən onları silah-sursatla təmin edərək müharibənin danışıqlar masası ətrafında cözülməsinin qarşısını alan ABŞ və Qərb.

  Milyardlala dollarlıq silah-sursat verirlər, lakin bu silahların Rusiya ərazisində istifadə olnmasını qadağan edirlər. Belə çıxır ki, Ukrayna bu silahlardan yalnız öz şəhər və kəndlərini viran qoymaq üçün istifadə edə bilər?...

 

TƏQVİM / ARXİV