adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Aprel 2024 17:00
447
DÜNYA

“Crocus" terroru ilə bağlı daha bir nəfər SAXLANILDI

“Crocus City Hall”da törədilən terror aktının mümkün iştirakçılardan daha biri həbs olunub.

Adalet.az xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində tutulan şəxs Cumoxon Kurbonovdur. Bununla da istintaqa cəlb olunanların sayı 11 nəfərə çatıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hazırda onun həmin hadisədə iştirakı araşdırılır.

Qeyd edək ki, martın 22-də baş vermiş hadisə zamanı 150 nəfərə yaxın insan ölüb, 551-i isə yaralanıb.