adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Samvelin bacıları və snayper

XURAMAN HÜSEYNZADƏ
28772 | 2014-07-05 04:24
Erməni qızlarını adətən məşuqə obrazında təsəvvür etmişik. Pulu cibinə bir az ağırlıq edən, hal əhli olan kişilərimiz erməni qadınlarla əylənməkdən zövq alırmış, deyirlər. Qısa desək, ermənilərin zərif cinsi bizim kişilər üçün seksual ehtiyacın qarantıymış.

Uşaq idim. Nənəmgil Gəncədə Gülüstan qəsəbəsi, Vəzirov küçəsində yaşayırdı. Qonşularımızın çoxu ermənilərdi. Üzbəüz qonşumuz Nelyanın Marina və Regina adlı iki qızı, Samvel adlı oğlu vardı. Deyəsən, tələbəydilər. Qlamur qızlar cürbəcür maşınlarda evə gələr, Samvel küçə qapısını açar, bacılarını gətirən azəri kişilərin əlindən bazar torbalarını, içkiləri alar və sonra maşınlar çıxıb gedərdi. Rita adlı başqa bir qonşumuz da vardı. O da gənc qızdı. Evə gecələr və içkili gələrdi. Əlbəttə, belə şeyləri müzakirəyə çıxarmaq bizim yaşımız və başımız üçün deyildi. Bizim böyüklər tolerant olduğundan onların bu hərəkətinə əhəmiyyət vermirdi. Qısa vaxtdan sonra məlum hadisələr başladı və erməni qonşular köçüb getdi. Marinalar, reginalar gedəndən sonra məhləmiz də cürbəcür maşınların əlindən rahat nəfəs aldı.

Erməni qızları nədənsə xatirimdə o cür - bizim kişilərin məşuqəsi kimi qaldı... Çünki gördüyüm axçilər sərbəst həyat yaşayır, əyləncələrini heç nəyə dəyişmirdilər.
Bugünlərdə sosial mediada bizim əsgərləri şəhid edən snayperçi erməni qadınların fotoları yayıldı. Çiyni avtomatlı, snayperli üzlərindən qəddarlıq yağan erməni qadınlar uşaqlıq təsəvvürlərimi darmadağın etdi. Samvelin qlamur, əxlaqsız bacıları uşaqlıq xatirələrimin bağlı qapıları arxasında qaldı.

Yazmışdılar ki, ermənilərin snayper üçün qadınlardan istifadə etməsinin səbəbləri var. Qadın snayperlər hədəfi dəqiq nişan alır, soyuqqanlıqla işlərini icra edirlər, nişan alarkən əlləri əsmir və s. Yəni ermənilər torpaqlarımızda yerlərini möhkəmlətmək üçün bütün mümkün variantlardan istifadə edir.

Bir xəbər portalında snayper qadınların fotolarına baxıb bunları fikirləşdiyim zaman başqa bir xəbərə gözüm sataşdı. Yazmışdılar ki, ötən ay bizim qadınlardan biri uşaqlarını da götürüb Suriyada döyüşən ərinin yanına gedib...
Gerisini oxumadım...

Xuraman Hüseynzadə
[email protected]

TƏQVİM / ARXİV