
Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların qondarma “Təhlükəsizlik Şurası” nın “sabiq üzvü” və 1994–2000-ci illər arasında qurumun keçmiş “ baş komandan”ı Samvel Babayan Qarabağda, daha dəqiq Xankəndidə oldu.
Adalet.az xəbər verir ki, Samvel Babayan kimi amansız qatil, azərbaycanlılara nifrət genetikasına hakim olan biri Xankəndidə qaldığı müddətdə artıq 2020-ci illərə qədər ki, pafosunu, Azərbaycanı hədələmək kimi xam xəyalları unudub. Bu dəfə mediaya daha yumşaq, bir azda yaltaq maskası taxaraq müsahibə verib. Belə ki, onun fikrincə, əgər ölkəni (qondarma artsax nəzərəd tutulur- red-Ə.R) mövcud vəziyyətdən çıxarmaq istəyi varsa, o zaman Azərbaycanla problemləri həll etmək lazımdır.Birbaşa danışıqlar yolu ilə, qarşılıqlı etimad şəraitində!
Babayan yerli TV-yə müsahibəsində mövcud vəziyyətə və Azərbaycanla birbaşa danışıqlar mövzusuna toxunub. Keçmiş qatil bəyan edbi ki, Azərbaycanın həqiqətən də barışmaq istəyib-istəmədiyini anlamaq lazımdır.
“Azərbaycan Hadrut vətəndaşını evindən çıxarır, avtomatla durub deyir ki, gəlin barışaq. Əgər hesab etsələr ki, siz barışmalısınız, o zaman biz qarşılıqlı etimad mühiti yaratmalıyıq. Əvvəlcə qarşı tərəfin nə istədiyini anlayaq, davranışını anlayaq. Həmin paket yaradılmalıdır. Son iki ildə Azərbaycan xarici işlər nazirinin və müdafiə nazirinin ağzından açıqlamalar verir ki, onlar beş bənd formalaşdırıblar, ondan cavablar var. Biz cəmiyyətimizin geniş təbəqələri, siyasətçilər, partiyalar, qeyri-hökumət təşkilatları, ayrı-ayrı şəxslərlə müzakirə edib hansısa sənədi cilalamaq lazımdır və onunla kimin danışıqlar aparacağı maraqlı deyil”
Babayanın fikrincə, danışıqların birinci mərhələsi qarşılıqlı etimadın yaradılmasına yönəlməlidir.
“Əgər o, silahı tutub bizə desə ki, silahınızı yerə qoyun, təbii ki, onu yerə qoymayacağam. Gəlin inanaq ki, ikimiz də problemi həll etmək istəyirik, keçək Qarabağın statusuna. Birincini etmədən ikinciyə nail olmayacaqsınız. İkincini həll etmək üçün birincini etmədən 30 ildir danışıqlar aparırıq, amma həll etməmişik. Danışıq nöqteyi-nəzərindən onlar komanda yaradaraq həmin sənədi cilalayıb aparıb danışıqlara gedə bilərlər ki, oradan çıxmaq hüququ yoxdur. Əgər onların sülh istədikləri barədə dedikləri doğrudursa, o zaman bizimlə məsələləri həll etsinlər. Biz də hazırıq, bundan çəkinmirik ”.
Qeyd edək ki, Xocalı qatili olan erməni generalın Xankəndidə lövbər salması həm Ermənistanda, həm də Qarabağda gərgin müzakirələrə səbəb olub. Erməni mediası yazır ki, onun “blokadada olan Artsaxa” necə getdiyi bəlli deyil, amma müharibədən sonra Babayanın Qarabağa səfərləri separatçı qurumun tabeliyi altında olan ermənilərin marağına səbəb olub. Beləki, Qarabağ erməniləri əmindirlər ki, “kamandir” bura boş yerə səfər etmir, mütləq bəzi planlar həyata keçirməyə gəlib.
P.S. Görəsən bu axmaqlar nə vaxt anlayacaq ki, artıq nə 1990-cı illər deyil, nə də Azərbaycan o Azərbaycan deyil.
Əntiqə Rəşid