Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Rusiyada axtarışa verilib
Adalet.az xəbər verir ki, Şahin Şıxlinski dövlət məmuruna qarşı zorakılıq tətbiq etməklə bağlı axtarışa verilib.
Onun Moskvada hotellərdən birində gizləndiyi iddia edilir.
Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlinski iyulun 1-də Yekaterinburqda həbs zamanı təhlükəsizlik xidməti əməkdaşına fiziki güc tətbiq etməsi ittihamı ilə 2 aylıq həbs edilib.