adalet.az header logo
  • Bakı -°C

“Ermənistan cəmiyyəti bilməlidir ki, Qarabağ məsələsi bitib”

58 | 2026-09-18 10:26
A- A+

“Ermənistan Konustitusiya Məhkəməsi TRİP layihəsi üzrə ABŞ-la ikitərəfli sazişi təsdiqləyib. Ermənistan Konustitusiya Məhkəməsi bu layihənin konustitusiya zidd olmadığını qeyd edib. Bu, Azərbaycanın yaratdığı yeni nizamın Ermənistanda təsdiqi deməkdir. Yəni, Zəngəzur dəhlizinin açılmasını rəsmi şəkildə təstiq edildi”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

“Zəngəzur dəhlizi -TRİP marşurutu üzrə işlər gələn ildən başlayacaq. Bu, Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına töhfə verəcək. Qeyd edim ki, Ermənistanda ictimai -siyasi sektorda Qarabağla bağlı spekulyativ müzakirələr gedir. Bunu Azərbaycanda akkreditasiya olunmuş xarici diplomatik nümayəndələrin işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində aparılan müzakirələrdə görünür. Ermənistan cəmiyyəti bilməlidir ki, Qarabağ məsələsi bitib. Bunu N.Paşinyan da dəfələrlə bəyan edib. Amma, revanşist qruplar qalmaqdadır. Azərbaycan-Ermənistan arasında Yekun sülh müqaviləsini erməni cəmiyyəti təhlükəyə atır”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN

TƏQVİM / ARXİV