Bu gün Misli Premyer Liqasının 6-cı tura start verilir.
Adalet.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Liderlər qrupunda olan “Neftçi” “Qəbələ” ilə qarşılaşacaq. Bu, “ağ-qaralar”ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 1000-ci matçıdır. Digər görüşdə isə “Qarabağ” “Şəfa”nı qəbul edəcək.
18 sentyabr
17:30. “Qəbələ” - “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov Tural Qurbanov
Qəbələ şəhər stadionu
19:45. “Qarabağ” - “Şəfa”
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov, Kamranbəy Rəhimov
Tofiq Bəhramov adına Respublika Stadionu


Bakı -°C
