Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazəsi vermək üçün kvotanı azaldıb.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hökumətinin sərəncamında qeyd olunub.
"2026-cı il üçün Rusiya Federasiyasında əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə 3802 müvəqqəti yaşama icazəsinin verilməsi üçün kvota müəyyən edilsin", - deyə sərəncamda deyilir.
Müvəqqəti yaşamaq icazəsi xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Rusiyada yaşamaq və işləmək üçün verilir.
Bu icazə miqrantlara iş icazəsi olmadan işləmək imkanı, səhiyyə sektorunda sosial təminatlar kimi bir sıra üstünlüklər verir, həmçinin onlara müvəqqəti yaşayış statusu, sonra isə vətəndaşlıq üçün müraciət etmək imkanı verir.
Müvəqqəti yaşamaq icazəsi üç il müddətinə verilir və əcnəbilərə Rusiyada qanuni işləməyə imkan yaradır. İcazənin müddəti bitdikdən sonra o, uzadılmır. Xarici vətəndaş ya yaşayış statusu almalı, ya da ölkəni tərk etməlidir.