“Euronews” telekanalında İsmayıllı rayonundan bəhs edən süjet yer alıb

123 | 2025-10-13 17:00

“Euronews” telekanalı Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq çərçivəsində İsmayıllı rayonundan bəhs edən süjet yayımlayıb.

Dövlət Turizm Agentliyindən Adalet.az-a bildirilib ki, 6 hissəli “Around Azerbaijan” seriyasının birinci buraxılışı Qafqazın son kolxozu kimi tanınan İsmayıllının İvanovka kəndinə həsr olunub.

Buraxılışda İsmayıllının zəngin mədəniyyəti, sənətkarlıq nümunələri, aqroturizm, şərabçılıq ənənələrindən, eləcə də İvanovka kəndinin əsasını qoyan molokanların öz irslərinə sadiqliyindən bəhs olunur.

Buraxılışa baxmaq üçün linkə keçid edə bilərsiniz: https://www.euronews.com/travel/2025/10/07/disconnect-in-azerbaijans-ismayilli-district-where-farm-to-table-is-just-standard-living 

TƏQVİM / ARXİV