adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7

Rusiya Telegram-kanalı bloklayır?

2775 | 2024-03-28 12:12

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bu gün  bildirib ki, Rusiyanın  Telegram messencer kanalını bloklamaqla bağı planı yoxdur.

 "Hazırda bununla bağlı planımız yoxdur"- deyə Peskov  Life mətbu orqanına müsahibəsundə bildirib.

  Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, bu servis çox vaxt terroristlər tərəfindən istifadə olunur və ona görə də, bu internet kanalana nəzarət artmalıdır və onun sahibi Pavel Durov da bu məsələyə diqqəti artırmalıdır.

 "Təbii ki, biz Pavel Durovdan gənclərin daha çox diqqətini cəlb edən bu fenomenal texnologiyadan istifadə etdikləri resursa nəzarəti artırmağı və terroristlərin bu internet- kanal vasitəsi ilə öz çirkin əməllərini yerinə yetirmələrinin qarşısının alınması üçün diqqətin artırılmasını gözləyirik"- deyə Peskov əlavə edib.

Telegram messencer internet kanalının yaradıcısı və sahibi Pavel Durov daha əvvəl, martın 11-də Financial Timesə verdiyi açıqlamada bildirmişdir ki, investorlar Telegram-kanalın dəyərinin 30 milyard dollardan çox olduğunu bildirirlər. Durov hazırki şəraitlərlə Telegram kanalının satışa çıxarılması mümkün olmadığını bildirib. Kanalın sahibi 2024-2025-ci illərdə Telegram-kanalın daha çox gəlir gətirəcəyinə əmin olduğunu bildirib.

 Rüstəm Hacıyev

TƏQVİM / ARXİV