adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Bu ölkədə daşqınlar onlarla insanın həyatına son qoydu

366 | 2024-04-27 09:17

Keniyada davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 44-ə yüksəlib.

Adalet.az xəbər verir ki, Keniya Qırmızı Xaç Cəmiyyətindən verilən açıqlamaya görə, keçən aydan bəri davam edən yağışlar təxminən 60 min insanın həyatına mənfi təsir göstərib.

Daşqınlar paytaxt Nayrobiyə də təsir edib və bəzi yollar bağlanıb. Bir çox məhəllələri də su basıb.

Keniya Dəmir Yolları, ölkə daxilində şəhərətrafı qatar xidmətlərinin dayandırıldığını açıqlayıb. 

TƏQVİM / ARXİV