adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Görəsən "adlı-sanlı peşəkar" diplomatlar özlərini niyə aldadırlar? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
441 | 2024-04-03 10:07

 

Rusiya İsrailin Suriyaya hücumlarlnı qınayıb

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, rəsmi Moskva İsrailin Suriyaya hücumlarını qınayır və hesab edir ki, bu suveren dövlətə qarşı ciddi qanun pozuntusudur. Rusiyalı diplomat xüsusi vurğulayıb ki, TSAXAL-ın hərəkətləri qəbuledilməzdir və münaqişənin daha da şiddətlənməsinə xidmət edir. 

Nebenzya, dünya ictimayyətini Suriyaya hücumu qınamağa çağırlb və BMT Təhlükəsizlkk Şurasının üzvlərinin İsrailin hərəkətlərinə ədalətli qiymət verəcəyinə ümid etdiyini bildirib.

Bu İran, Rusiya, Qərbin aparıcı dövlətlərinin "adlı-sanlı diplomatları" deyəsən özlərinin də tez-tez istinad etdikləri "dünya ictimayyəti" ilə məzələnirlər. Guya öz dövlətləri "süddən çıxmış ağ qaşıqlardılar" və BMT deyilən mənasız bir beynəlxalq təşkilatın bütün qərar və qətnamələrini can başla yerinə yetirirlər. 

BMT yarandığı gündən qəbil etdikləri qırar və qıynamələrin, heç ABŞ, Rusiya, Çin kimi hegemon dövlətlərini demirəm, hansısa cırtdan dövlətlər tərəfindən viddiyə alınıb qəbul edildiyinin və yerinə yetirdiyinin şahidi olmamışam. Nə bilim bəlkə olub mən bilmirəm, bilənlər varsa xatırladarlar.

Elə Nebenziyanın təmsil etdiyi Rusiyanın özünün BMT-nin hansısa qətnaməsini yerinə yetitibmi? Hələ diplomat, Qəzza bölgəsində apardığı müharibəyə görə, İsrailin beynəlxaq təşkilatın ona qaşı çıxardığı qətnaməni yerinə yetirmədiyinə görə, Moskvanın bundan hiddətləndiyini dilə gətirir. Bəlkə Rusiyanın özü, bu gündə Ukraynada apardığı işğalçı müharibəyə görə, BMT-nin onlarla qarşı qəbul etdiyi onlarla qətnamələri "can-başla yerinə yetirib", sadəcə olaraq "dünya ictimayyətinin" bundan xəbəri olmayıb?

 

TƏQVİM / ARXİV