"Real" Alonso ilə razılaşdı - 3 illik müqavilə imzalanacaq

228 | 2025-05-09 12:25

“Real” hazırda “Bayer”in baş məşqçisi olan Xabi Alonsonun transferi ilə bağlı üçillik müqavilə barədə razılığa gəlib.

Adalet.az xəbər verir ki, bu haqda İspaniyanın “Marca” qəzeti məlumat yayıb.

Mütəxəssis may ayının sonunda komandaya qoşulacaq və Karlo Ançelottini əvəz edəcək.

Mənbənin məlumatına görə, Madrid klubu Alonsoya futbolçuların transferinə dair qərarların baş məşqçi deyil, klub rəhbərliyi tərəfindən veriləcəyini bildirib. Alonso da bu şərtlə razılaşıb.

 

TƏQVİM / ARXİV