Marketlər bizi niyə aldadır?!

Böyük marketlərdən tutmuş , ortabab marketlərə qədər bir çox halda istehlakçıları aldadır.
Belə ki, onlar marketin vitrinlərində müxtəlif ərzaq məhsullarını bəzən ucuz qiymətə qoyurlar.Alçılar da ucuzluğa görə bu ərzaq mallarını alıb səbətə qoyurlar. Amma kassaya yaxınlaşanda haqq- hesab zamanı kassada başqa bir mənzərənin şahidi olurlar! Şahidi olurlar ki, ordakı qiymətlə kassirin vurub sənə verdiyi qiymət arasında xeyli fərq var. Yəni " çekdə" qiymət baha göztərilir.
Alıçı etiraz edəndən sonra əvvəlki qiymətə həmin məhsulu verirlər.Bir çox halda isə istehlakçının etirazina məhəl qoymur, nəzarətçilər deyirlər ki, qiymətlər dünən ucuz idi, bu gün bahalaşıb.
Biz Yeni Günəşlidəki " Ballı" marketdə dəfələrlə belə hadisələrin şahidi olmuşuq! Bir sözlə, Bakıda dələduzluqla məşğul olan və istehlakçıları aldadan marketlərə qarşı qanunauyğun ciddi tədbirlər görülməlidir. Əgər bu tədbirlər görülməsə, marketlər alıcıları aldatmaqda davam edəcək!!!
Emil Faiqoğlu
Digər Xəbərlər

Türkiyə Suriyaya qaz nəql edəcək

Yasamalda küçə ticarətinə göz yumurlar...

Daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

"Qarabağın bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb" - Deputat

4 ayda vətəndaşlara 56 milyon manata yaxın ƏDV geri qaytarılıb

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi- FOTOLAR

Pensiya kapitalından necə istifadə etmək olar? - AÇIQLAMA
