adalet.az header logo
  • Bakı -°C

“Kəndli həyətində tövlə tikmək üçün icazə almalıdır...”

57 | 2025-12-08 12:36
A- A+

“Kəndlinin heyvandarlıq təsərrüfatı üçün tikəcəyi tövləyə Şəhərsalma Arxitektura komitəsi icazə verəcək. Kəndli yerli icra hakimiyyətinə və sonra Şəhərsalma Arxitektura Komitəsinə müraciət etməsi rüşvət mexanizminin bir hissəsidir. Adın da qoyublar torpaqlardan səmərəli istifadə üçün. Bu qərar  torpaqlardan səmərəli istifadə deyil, kəndlini öz təsərrüfatından imtinaya sürükləmək, ölkədə heyvandarlığın inkişafının qarşısını almağa hesablanıb”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, bildirib ki, bu  kəndlinin torpağını əlindən alaraq öz aqroparklarını yaratmağa hesablanıb:

“Bu, monopoliyanın tərkib hissəsidir. Şikayət olunur ki, əhali Bakı şəhərinə axın edir, rayonlarda iş yerləri açılmır. Üstəlik, kəndlinin son dolanmaq təsərrüfatı əlindən alınır. Bu nə qərardır?! Rayon icra hakimiyyətinin 99 faizi rüşvət yığmaqla məşğul olur. İcra hakimiyyətləri kəndlinin üstünə düşəcək. Kim heyətində rüşvət vermədən tövlə tikərsə, gəlib sökəcəklər. Ölkədə kənd təsərrüfatını inkişaf etdirmək əvəzinə, qarşısı alınır. Yerli heyvandarlıq bir tərəfə qalsın. Kəndli öz dolanışığı üçün bir heyvanı üçün pəyə tikməyə görə Bakı şəhər Arxitektura idarəsindən icazə alacaqsa, bu kənd təsərrüfatınin inkişafı deyil, qarşısının alınmasıdır. Təbii ki, Şəhərsalma Arxitektura komitəsi icazə verməyəcək”. 

M.Əsədullazadə deyib ki, ölkədə sosial ədalətsizliyi tətbiq etmək olmaz: 

Onsuz da kənd yerlərində dolanışıq çətinləşib. Rüşvətxor icra hakimiyyətləri üçün yeni rüşvət mexanizmi yaradılır.  Ölkədə fundamental islahatlara ehtiyac var. Yalnız məmur və oliqarxların maraqlarına söykənən qərarlar vermək olmaz. Azərbaycan Cənubi Qafqazda geosiyasi reallıqlar yaradan bir ölkədir. Ölkədə beynəlxalq siyasi - iqtisadi strateji layihələr həyata keçirilir. Qalib Azərbaycan dövlətinin vətəndaşları məmur-oliqarxlarin özbaşınalığı ilə üzləşib. Prezident İlham Əliyev yerli sahibkarlığın inkişafı üçün tapşırıqlar verir. Kənd təsərrüfatı üçün milyonlarla dollar vəsait ayırır. Görünür, hələ də Ramiz Mehdiyev xislətli  adamlar, onun kadrları vəzifədə qalmaqdadır”.

Vasif ƏLİHÜSEYN

  • Dekabr:
  • 5

TƏQVİM / ARXİV