adalet.az header logo
  • Bakı -°C

"Qarabağ" - "Ayaks" oyununu kim idarə edəcək?

60 | 2025-12-08 12:52
A- A+

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun təyinatları bəlli olub.

Adalet.az xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Rade Obrenoviç idarə edəcək.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

  • Dekabr:
  • 5

TƏQVİM / ARXİV