Bakıda Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçirilib - YENİLƏNİB
Bakıda "Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi" mövzusunda beynəlxalq konfrans keçirilib.
Adalet.az xəbər verir ki, Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialının təşkilatçılığı ilə keçirilən tədbir "Konstitusiya və Suverenlik İli"nə həsr edilib.
Konfransda Milli Məclisin deputatları və Aparatının nümayəndələri, MDB-nin bir sıra üzv dövlətlərinin parlament nümayəndə heyətləri, MDB PA Şurası Katibliyinin rəhbər heyəti, Azərbaycandakı bəzi səfirliklərin nümayəndələri, həmçinin beynəlxalq təşkilatların, Mərkəzi Seçki Komissiyasının, müxtəlif nazirlik və dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları Azərbaycan Konstitusiyasının ölkənin hüquq yaradıcılığı sistemində əsas hüquqi baza rolunu oynadığını, eləcə də Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin banisi kimi tarixi rolunu xüsusilə vurğulayıblar.
***
11:30
Bakıda "2025-ci il Konstitusiya və Suverenlik ili" çərçivəsində "Heydər Əliyev - Suveren Azərbaycanın Konstitusionalizminin və parlamentarizminin banisi" mövzusunda beynəlxalq konfrans keçirilir.
Adalet.az xəbər verir ki, konfrans MDB PA İştirakçısı olan Dövlətlərdə Demokratiyanın, Parlemtarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının təşkilatçılığı ilə baş tutur.
Tədbirdə MDB PA iştirakçısı dövlətlərin və Azərbaycan Milli Məclisinin deputatları, Mərkəzi Seçki Komissiyasının üzvləri, siyasi ekspertlər, ictimaiyyət və media nümayəndələri iştirak edirlər.
Digər Xəbərlər
17 Yanvar 2026 14:37
Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib - FOTOLAR
17 Yanvar 2026 11:01
“Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla...”
16 Yanvar 2026 17:41
Vilayət Eyvazov belaruslu həmkarı ilə görüşdü - FOTOLAR
16 Yanvar 2026 14:46
"Azərbaycanda siyasi sistem möhkəmlənir" - Komitə sədri
16 Yanvar 2026 11:45
“Bu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə...”
16 Yanvar 2026 10:37
“ABŞ-nin Türkiyədəki ən böyük hərbi bazası bu şəhərlərdə yerləşir”
15 Yanvar 2026 18:22
Fidan: Zəngəzur dəhlizi Orta Dəhliz baxımından əhəmiyyətlidir
15 Yanvar 2026 13:21


Bakı -°C

