adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

QƏLBİ TORPAQLA SƏSLƏŞƏN ŞAİR - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
982 | 2024-01-17 11:59

Bu bir həqiqətdir ki, sözə,şeirə könül verən ruh adamları ölümsüzlüyü haqq edirlər. Onların yaşayan sözü özlərini də yaşadır və beləcə ölümsüzlük qazanan bu insanlar seçilənlərdən  olurlar. Öncə Allahın seçdikləri, sonra da oxucunun. Bax bu mənada üzü geriyə, 99  il bundan öncəyə boylananda bu zaman kəsiyində minlərlə, milyonlarla adamın  doğulub ölməsi faktını təsdiq etmiş oluruq. Amma bu minlərin, milyonların içində  cismən torpaqlaşıb ruhən yaşayanlar da var. Onlardan biri də Azərbaycan ədəbiyyatı  tarixində izi, sözü olan Adil Babayevdir...

Bəli, hələ orta məktəb illərindən tanımışam bu insanı. Daha doğrusu, sözlərinə  yazılmış mahnılardan Adil Babayev adlı bir şairin, bir dramaturqun yaşadığını,millətinə aid olduğunu bilmişəm. Və özüm də sözə meylli olduğumdan sonra sözün işığında  kitablarını əldə etmişəm, şeirlərini oxumuşam. Xüsusilə onun sonetləri həmişə məni  özünə çəkibdir. Bu yığcam şeirlərdə  Adil Babayev mənim üçün həm şair, həm rəssam,həm də indiki baxış bucağımdan desəm, operator kimi görünüb. Çünki o, sonetlərində  sözü rəsm kimi çəkib. O, rəsmi də operator kimi lentə köçürüb göstərib mənə. Buüç məqamın hər biri ayrı-ayrılıqda   istedad nümunəsidir, peşəkarlıq göstəricisidir. Görünür, Allah Adil Babayevi seçdiyi insanlardan etdiyi üçün onu belə şərəfləndirib- üç qabiliyyəti ona bir anda veribdi! Təbii ki, bu mənim fikrimdi, mənim mülahizəmdi. Və mən də bu fikrə, bu mülahizəyəonun öz söz dünyasından baxaraq, o dünyaya  istinad edərək gəlib çıxmışam.

Adil Babayev yazır ki:

 

Əbədi tərk edəndə bu işıqlı həyatı,

Fikrimizin vüsəti, eşqimizin  qanadı

Sözün varlığı ilə görünsün bu  dünyada.

 

Bu sonetdə demək olar ki, hərşey var. İnsanın olumdan ölümə gəlməsi, buişıqlı dünyanı tərk etməsi. Ammabəs, qalan izlər? Bax elə qalanlar da fikrimiz, əməlimiz, eşqimiz və nəhayət,onların hopduğu sözdür. Bu söz bizi, indiki  məqamda isə Adil Babayevi yaşadan  sözdür!

Şair yaşadığı dünyanın  hər üzünü görməyə, hər üzündən işıqlı nə isə götürüb onun təravətini,odunu, gözəlliyini və eyiblərini öz sözünə büküb oxucuya təqdim edir. Amma buelə-belə təqdimat deyil, düşündürücü və  nəticə çıxarılmasını tələb edən təqdimatdı. Bu sonetin ifadə etdiyi mənaya, məqama diqqət yetirək. Şair yazır ki:

 

Qalsaydı indiyəcən ilk od tapan  insan

Baxıb geniş aləmə odların arasından

Yəqin həm sevinərdi, həm xəcalət çəkərdi.

 

Əgər diqqət yetirsəniz burdaodu ilk tapan insanın simasında bütün insanların oda münasibəti ifadə olunub.Çünki o od insanın yaşamasına zəruri olan bir  vasitədir.

Amma insan odu həm də yaşadığıdünyanı cəhənnəmə çevirmək üçün dəistifadə edir. Özünün isindiyi ilə başqalarını yandırıb-yaxır. Məhz bu mənada da şairin dediyi həmin o ilkin nüansortaya çıxır: insan və od! O həm isidir,həm də yandırır. İkisini də idarə edən isə insandı. Bax elə oxucunu düşündürəndə, baxışlarının formalaşmasına kömək edəndə şairin sadə, amma qətiyyətli məntiqidi.

 

Şair Adil Babayev öz yaradıcılığında demək olarki, mövzu məhdudiyyətini hiss etməmişdi.O istər əmək adamından, istər təbiətdən, istər sevgidən, istərsə də adi biruşaq təbəssümündən də şeir yazanda özü kimiyazıb. Öz səmimiyyətini, öz duyğularınıortaya qoyub.

Təsəvvür edin ki, hər bir  valideyn, hər bir insan birmənalı şəkildə  olumun ölümlə başa çatacağını bilir. Amma hər kəs ölümdən sonra  övladlarına nə qoyub gedəcəyini  düşünmür. Adil Babayev isə yazır:

 

Heyrətə salmasın sizi sözlərim,

O gün gələ bilər, lap bu gün,sabah.

Solmasın qızımın  qara gözləri,

Oğluma düşməsin  tdiyim günah.

 

Görün nə qədər sadə, səmimi  etirafdı bu, istəkdi bu. Əslində Adil Babayev kimi insanların hamısı bu əxlaqla, bu düşüncəylə   baxıblar cəmiyyətə, zamana. İstəməyiblər ki, özlərindən sonra övladları  onların günahlarının acısını, xəcalətini  çəksinlər. Şükürlər olsun ki, Adil Babayev kimi insanlar düşündüklərini özlərindən çox-çox uzaqtuta biliblər. Yəni onların nə övlad  üçün, nə millət üçün "üz qaraları" qalmayıb.

Belə olan halda Adil Babayevin sevgilisinə, eləcə dəoxucusuna üz tutub bu misraları söyləməsi  həm səmimidi, həm də inandırıcıdı.

 

Biz nəyik, sevgilim? Bir can,bir ürək,

Sevincim də sənsən, nisgilim dəsən.

Qəlbim illər boyu həsrət çəkərək

Tək səni seçibdi qızlar içində.

 

Çox səmimi, çox duyğusal  bir poetik nümunə. Elə bu  misraların işığında dünyanın ən gözəl  qızına da Məcnun sevgisin   etiraf etmək olar. Çünki bu misralardakı ruhun mayası paklıq və bir də sevgiyə inamdı. Məhz  həmin müstəvidə dayanıb başqa bir şeirə üz tutanda düşüncələrimdə yanılmadığıma bir daha əmin  oluram. Şair yazır ki:

 

Getdin, elə bildin unutdum səni,

Küsdün, elə bildin etibarsızam.

Eşqimin bu həzin xatirəsini

Gərək ahım ilə qəlbimə yazam.

 

Təbii ki, bu cür sevgisi, bucür səmimiyyəti olan şairin həsrəti də,çəkdiyi ah da səmimidi. Ona görə ki, hər şey Tanrıdan gəlir. Tanrıdan gələn isə aşiqin, bu yerdə isə şairin həmilham mənbəyinə çevrilir, həm də səmimipıçıltılarına.

Bəli, şair Adil Babayev  özünün bütün yaradıcılığı boyu sözün qayğısına elə qalıb, sözdən elə istifadə edib ki, oxucu  onu axtarıb, söz oxucudan   qaçmayıb. Bunu Adil Babayevin  bütün yaradıcılığı boyu izləmək   mümkündü. Hətta şair yazanda ki:

 

Bir gün insanlara biganə olsam,

Bir gün qayğılardan kənarda qalsam,

Bir canlı meyidə dönmüşəm demək.

 

Düşünürəm ki, bu bəndin özündə  mənim dediklərim, daha doğrusu, Adil Babayevin yaradıcılığından çıxartdığım nəticə özünü təsdiq edir. Deməli, şair sözü oxucu sözünə çevrilmək haqqını qazanır.

Yanvarın 27-də dünyayagəlib Adil Babayev. 1925-ci ildəNaxçıvanda doğulan Adil Babayevin 99yaşı tamam olur. Mən qəsdən bu xatırlamaya  üz tuturam. Demək istəyirəm ki,Naxçıvanda doğulan şairin ilk  yaradıcılıq nümunələri Tbilisidə oxuduğu iki illi  insanın bir şəxsiyyət kimi də bütövlüyünü xüsusi vurğulayıblar. Mənə onu  şəxsən tanımaq nəsib olmasa da, oxuduqlarımdan gəldiyim  qənaət budur ki, Adil Babayev özünün  bütün yaradıcılığını ədəbiyyatımızın, sözümüzün xidmətinə veribdir. İstər  etdiyi tərcümə əsərlərində, istər dramaturgiya sahəsində onun yeri, sözü  olubdur. Buradaca onu da vurğulayım ki, Adil Babayevin layiqli   varisi olan, Azərbaycanın ədəbi ictimaiyyəti tərəfindən sayılıb-sevilən, dəyərli aydınımız Etibar  Babayevin bir canlı nümunə kimi göstərdiyi xidmətlər Adil Babayevə məni  bir köynək də yaxınlaşdırıb. Həm bu ailə  bağlılığından şairi bir az da dərindən  tanımaq imkanı qazanmışam. Ona görə də ədəbiyyatımızın cəfakeşlərindən olan Adil Babayev 99 yaşının işığında ruhu b qarşısında baş əyməklə onun söz ömürlü olacağına inamımı məhz öz misraları ilə ifadə edirəm:

 

İnsanla torpağın qəlbi səsləşir,

Torpaq insan ilə müqəddəsləşir.

Torpaq insan varsa  dönür Vətənə!

 

Bəli, şairimiz haqlı deyir, həqiqətən  boş səhralar heç də Vətən olmur, o zamana qədər ki, ora insan ayağı dəyir. Sözdə o vaxt urvatlı olur ki, onu xiridarı  şeirə çevirir. Bu torpağın şeir   ustalarından biri də unudulmaz Adil Babayevdir.

Ruhu şad olsun!

 

TƏQVİM / ARXİV