adalet.az header logo
  • Bakı -°C
23 Mart 2026 09:10
88
DÜNYA
A- A+

Paşinyan metroda Qarabağdan köçən bir şəxsə: “Siz qaçdınız!” - VİDEO

“Sizin Qarabağda yaşamağınız üçün hər cür şərait yaratdıq. 2023-cü ildə insanların Qarabağdan Ermənistana köçünün qarşısını almaq üçün sərhədlərin bağlanmasına görə məni ittiham edən də siz idiniz. İndi isə gəlib deyirsiniz ki, qayıtmaq istəyirdiniz”.

Adalet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın metroda bir sərnişinlə mübahisəsi və Qarabağla bağlı səsləndirdiyi sərt fikirlər geniş müzakirələr doğurub. Hadisə bu gün İrəvan metrosunda baş verib.

Baş nazir bildirib ki, Ermənistan vətəndaşlarının milyardlarla vəsaiti Qarabağda yaşayanlar üçün xərclənib: “Bununla belə, niyə orada qalmadınız?”

O, həmçinin əlavə edib: “Ermənistanın xəritəsi haqqında bu qədər ikrahla danışmayın. Siz — oranı tərk edənlər — mənim Qarabağı təslim etdiyimi iddia etməyin”.