adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

QARLI ZİRVƏ - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
685 | 2023-02-13 10:12

Yazıçı- hüquqşünas Əlisəfa  Azayevın imzası oxuculara yaxşı məlumdur. Əlisəfa müəllim bütün  yaradıcılığının böyük hissəsini tanıdığı, həyatda müşahidə etdiyi və birbaşa iştirakçısı olduğu adamlara, hadisələrə, mövzulara söykənərək oxucuya təqdim edir. Belə ki, böyük həyat təcrübəsi olan müəllif 70 illik ömrünün ona bağışladığı xatirələri, təcrübəni, ən vacibi isə ünsiyyətdə əldə etdiyi söz çalarlarını, mözvu rəngarəngliyini öz peşəkar qələmi ilə bədii sözə çevriməyə bacarıb. Müəllif bu gün də üslubuna sadiq qalaraq yazıb-yaradır.

Artıq son illərdə onun daha çox müraciət etdiyi mövzuların önündə şəhidlərimiz, qazilərimiz, milli qəhrəmanlarımız, eləcə də tanınmış ictimai-siyasi xadimlərimiz, ziyalılarımızla  bağlı əsərlər əksəriyyət təşkil edir. Bu mənada Əlisəfa müəllimin Kurdəmir şəhidlərindən, Milli Qəhrəman Mübariz İbrahımovdan, general  Polad Həşimovdan və digər qəhrəmanlarımızdan yazdığı roman və povestlər oxucular tərəfindən böyük maraqla qarşılanır.

İndi sizə təqdim etdiyim “Qarlı zirvə” romanı Ümummmili Liderimiz, Azərbaycanın xilaskarı, Ulu Öndər Heydər Əliyevə həsr edilib. Biraz da dəqiq ifadə etsəm, bu romanda Ulu Öndərimizin həyat fəaliyyəti, xüsusilə onun Naxçıvan- Moskva- Bakı şəhərlərində  bu coğrafiyada  bir dövlət xadimi kimi, bir insan kimi, bir şəxsiyyət kimi gördüyü işlər tarixi faktlara söykənməklə bədiiləşdirilmiş və romana çevrilmişdir.

Müəllif Əlisəfa Azayev bilavasitə şahidi olduğu, həmçinin araşdırıb topladığı materiallar əsasında romanı qələmə almışdır. Onu oxucu qarşısına mükəmmməl bir əsər kimi çıxarmışdır.

Bu ilin əvvəlində “ Maarif” nəşriyyatında 332 səhifəlik həcmdə yüksək  nəşriyyat poliqrafiya üsulunda çap olunmuş kitab oxucular üçün müəllifin maraqlı bir töhfəsidir. Düşünürəm ki, Əlisəfa Azayevin bu romanı dövlət səviyyəsində qeyd etdiyimiz “Heydər Əliyevin ili”ndə, yəni 2023-cü ildə daha çox diqqət mərkəzində olacaq. Çünki bu əsər həm də Ulu Öndərə müəlllifin söz hədiyyəsidir.
 

TƏQVİM / ARXİV