adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu

1183 | 2024-04-30 15:37

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.

Adalet.az xəbər verir ki, Azərbaycan çempionu Minsk “Dinamo”su ilə qarşılaşa bilər.

Belarus təmsilçisi I təsnifat mərhələsində səpələnməmişlərdən olacaq. “Dinamo” səpələnmişlər sırasında yer alan “Qarabağ”ın 5-ci mümkün rəqibidir. Bunadək “Virtus”, “Panevejis”, “Ordabası” və “Vikinqur”un da bu səbətdə yer alacağı dəqiqləşib.

Səpələnmişlər
“Ferensvaroş” (Macarıstan)
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
“Flora” (Estoniya)
“Styaua” (Rumıniya)
“Klaksvik” (Farer adaları)
“Şemrok Rovers” (İrlandiya)
TNS (Uels)

Səpələnməmişlər
“Dinamo” (Minsk, Belarus)
“Panevejis” (Litva)
“Ordabası” (Qazaxıstan)
“Vikinqur” (İslandiya)
“Virtus” (San-Marino)

Qeyri-müəyyənlər
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Selye” (Sloveniya)
“Hamrun” (Malta)
“Larne” (Şimali İrlandiya)

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq. İlk iki raundun püşkü iyunun 18-19-da atılacaq.

TƏQVİM / ARXİV