AFFA “Turan Tovuz”un şikayətini təmin etmədi
AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Adalet.az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Tribunalda “Turan Tovuz”un şikayətinə baxılıb. Qərblilər Azərbaycan Premyer Liqasının XXXIII turunun “Zirə” ilə oyununun 90+9-cu dəqiqəsində qırmızı vərəqə alan Roderik Millerlə bağlı müraciət edib.
AFFA apelyasiyanı təmin etməməyə qərar verib. İntizam Komitəsinin təcavüzkar davranışa görə verdiyi 4 oyunluq cəza və klubun 3000 manat cərimələnməsi qüvvədə saxlanılıb.
Qeyd edək ki, Tovuz klubu Apelyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququna malikdir.
Digər Xəbərlər
22 Sentyabr 2026 09:19
Formula 1-də qaydalar dəyişir - Məsafə qısaldılacaq
22 Sentyabr 2026 00:06
“Qarabağ”ın prezidenti Qurbanovla bağlı bilinməyənləri açıqladı
21 Sentyabr 2026 20:02
"Sabah"ın Çempionlar Liqasındakı matçları ilə bağlı məlumat
21 Sentyabr 2026 13:18


Bakı -°C

