İsrail ABŞ-nin dəstəyi olmadan Rəfahda əməliyyat edə bilər

233 | 2024-05-16 18:41

“İsrail Qəzzada hərbi əməliyyatını ABŞ-nin dəstəyi olmasa belə, davam edə bilər”.

Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu CNBC telekanalına müsahibəsində deyib.

“Ümid edirəm ki, Birləşmiş Ştatlar ilə ortaq anlaşmaya gələ bilərik, onlarla danışırıq, lakin son nəticədə millətimizin həyatını qorumaq üçün etməli olduğumuzu edirik”, - deyə Netanyahu bildirib.

İsrailin baş naziri Rəfahdakı hərəkətlərlə bağlı ABŞ ilə fikir ayrılıqlarını etiraf edib, lakin deyib ki, İsrailin səyləri öz salamatlığı və gələcəyini təmin etmək üçün zəruridir.

TƏQVİM / ARXİV