Qarabağın başqa adı

QULU AĞSƏS
296240 | 2013-03-29 00:31
Aqil Abbası Google-də axtarışa versən, min yerdə rastınaçıxar. Gerçək həyatda onu hər yerdə görməyimiz azmış kimi, heç demə, virtualaləm də bu qarabağlı balasıyla doluymuş. Aqil Abbasın janrını tapmaq müşkülməsələdi, sözün açığı. Tragikomediya... hə, bir az bu uyğun gəlir.

İşğal günləri, bir də 1 Aprel - Gülüş bayramı gözüm onuaxtarır. Bu adam bir gözüylə ağlamağı, o biri ilə gülməyi bacarandı. MilliMəclis rəhbərliyi əgər onu oturan yerdə görübsə, xoşbəxt adamlardı. Aqil Abbasdizini qatlaya bilmir. 60 yaşa qaçaqovla gəlib çatıb. İstəsə, geri dönübtəzədən uşaq olar. Özü də yüyürə-yüyürə. Kolanı Məhəmməd kişinin oğlu. Ağdamcayıllarının dostu. Universitet tələbəsi. Məmməd Arazın kürəkəni. Bir neçəkitab müəllifi. "Ədalət"in sahibi. Yox, Ədalətin sahibi o deyil. AqilAbbasınkı qəzetdi, dəftərdi, qələmdi, davadı, torpaqdı, yazıdı, man...datdeyil. Ondan məmur olmaz. Heç hakim də! Məhkəmədə hamını götürüb yeyib-içməyəaparar, zərərçəkəni də müttəhimin sağlığına içməyə vadar edərdi."Zakuska"sız-zadsız. Amma futbol məşqçisi olar. Rəqib komandaya eləsöz deyər ki, topu buraxıb qaçarlar.

Aqil Abbaslap cavan olanda qardaşını itirib. Evlərində onu ən çox Aqil Abbas ağlayıb,məncə. Bu günəcən də ağlayır. Bir yol nəşriyyat işçiləriylə dava eləyirdi. Onusakitləşdirə bilmirdilər. Camaatın anasını ağladırdı:

- Aqilmüəl...

- Mənmüəlliməm, ə?

- Aqilbəy...

- Bəyin də... , sənin də!

- Aqilqardaş...

- Adınnədi, başına dönüm?

Aldığıcavabdan sonra öz anası ağladı...

İçindədəyərləri olan və onu hamıdan xəlvət qoruyan oğuldu Aqil Abbas.

Əsərləri dəözü kimi bədahətdi, bakılılar demiş. O yazmır, deyir. Yazan operatordu.

Aqil Abbasçox adamın xətrinə dəyib bu 60 ildə. Elə mənim də. Milli Qəhrəman EldarBağırovdan xüsusi buraxılış hazırlayanda çağırdı yanına. Mənə 6-7 işçi verdi.Dedi, başda özüm olmaqla hamı sənə tabedi. Tövbə, heç yazımı yığan olmadı. Birgün, iki gün... axırda Aqil Abbasa dedim. Qoluma girib apardı operator otağına,dedi, niyə məni dostumun yanında biabır eləyirsiz, ay bu sizin... Dedi vəgetdi... Baxdım, "aboy" cırılıb, istədim xəcalətdən dalında gizlənəm.Otaqdakıların tükü də tərpənmədi. Mən o gündən bu adamla qurtardım. Rastlaşandaözünə dedim ki, bəs belə. Gülməkdən ürəyi getdi. Zəng vurub hamıya danışdı.Beləcə... barışdıq. Onu deyirdim axı, Aqil Abbas çoxunun xətrinə dəyib buillərdə, ola bilsin. Küsən küsüb, amma heç kim nifrət eləməyib. Eləyən varsa,e-mail ünvanıma yazsın...

...Hərdəndünyanın üzündən öpmək istəyirəm. Görürəm, basırıqdı - dünyanın üzünətüpürürlər. Mənsə növbəyə girmək istəmirəm.

Hərdən dədünyanın üzünə tüpürmək istəyirəm. Görürəm qırğındı - dünyanın üzündən öpürlər.Dedim axı, növbədən zəhləm gedir.

Gərəkdünyanın üzündən öpməyi də, üzünə tüpürməyi də bacarasan!

Aqil Abbaskimi...

Qafqazinfo.az

TƏQVİM / ARXİV