adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Şahin nəğməsi

QULU AĞSƏS
71798 | 2012-12-13 17:44

Bir yol iqtisadçı Tahir Hüseynov,Ukraynanın yanacaq və energetika nazirinin müavini Burzu Əliyev, yazıçı RəşadMəcid və mən nahar eləyirdik. UkraynalıBurzu Əliyev telefonundakı muğamları oxudub bizdən adlarını xəbər aldı,azərbaycanlı Rəşad Məcid, haqq üçünə, bir-ikisini oxşatdı, mən də onun kimi,Tahir müəllimsə hamısının adını çəkdi: səhv, ya düz. Onda dedilər ki, muğamlarıŞahin Rüstəmov dəqiq tanıyır.


Yaxşı da musiqi duyumu var!..

İdmançı olduğunusa nə görmüşəm, nə də eşitmişəm. Amma fəhmim belə deyir.Boyunun ucalığına, düz qamətinə rəğmən, heç kəsə yuxarıdan aşağı baxmır, hərhalda, sezməmişəm.

Mütailəsinə də söz ola bilməz!..

Gündəlik mətbuatı gözucu izləsə də, həftəsonu çıxan qalın qəzetləribaşsağlığınacan oxuyur. Qeydləri dəqiqdi; misal çəkəsi olacam! Xalq yazıçısıAnarla Konstitusiya Məhkəməsində görüş zamanı - qonağın əsərlərindən tutmuş,son müsahibələrinə qədər – elə əhatəli danışıb ki, AYB sədri təəccüblənib: «Bəssiz məhkəmə işləri ilə haçan məşğul olursuz?!»

O, namaza da vaxt tapır!..
Hüquqşünas kimi çox məşhurdu, ona taleyini arxayınca etibar eləmək olar. Bütünömrü hüquq-mühafizə orqanlarında keçib.
Diqqətlidi!..
Xanəndə Mənsum İbrahimovdan yazdığım esseni «525»-də oxuyub zəng eləmişdi. Dediki, Mənsum yaxşı sənətkardı, yoxsa ondan yazmazdın… Bayramlarda mesaj göndərər.«Ə», «Ç», «Ş», «Ü», «Ö» hərfləri də əlifba kitabında olduğu kimi.

Hekayə yazmağı ağlıma da gəlməzdi – o, Generaldı!..
Hər ikimizin əzizi Rəşid Faxralı toplayıb bu hekayə-əhvalatları, ön sözyazmağısa mənə özü tapşırıb.

Generalın sözü əmr olar.
Generalın sözü… sözdü!..
Yazıçılıq eləməyib, başına gələnləri, eşitdiklərini qələmə alıb. Sadə,bəzək-düzəksiz. Oxuyub güldüm, heyrətləndim daha çox.

Bu zabitəli kişinin yumor damarı nə yoğunmuş! Onu dərisinin altında necəgizlədə bilib?!
Əsərlərinin qəhrəmanlarına qəhrəmandan başqa hər söz demək olar.Sözgötürəndilər hamısı. Xırda adamlardı: işverən, lağlağı, qorxaq, yazıq.Biriylə ayaqqabı geymək olar, o biriylə butılka açmaq; biriylə milçəköldürərsən, o biriylə kanal dəyişərsən. Adamların hamısını sevmək çətindi, ammaonlara hörmət eləməyə borclusan. Yekə adamlara çox, balacalara bir balaca.Şahin müəllim balaca adamlara lazım olduğundan çox hörmət eləyib, onları sözəgətirib. Adamlıqları olsa, burda qalarlar, olmasa, gedərlər öz xırda işlərininardınca.

Məsələn, Səfər kişi xortlayandan sonra əməlli-başlı adam olacaqdı, əcəl imkanvermədi. Ondan nəsə gözləmək olar.

İsmayıl kişidən gərək Əbdürrəhim bəy yazaydı, heyif ki, tale onlarıgörüşdürməyib.
Totu-lotu-potu – «Gülüşün göyqurşağı»nın müxtəlif rəngləridi, diqqətlə baxın…
«Tabut əhvalatı»nda xoşuma gələn passaj: bacısı qoşulub qaçan qardaşlarürəklərində sevinsələr də, evdəkiləri bir «pors» qırıb batırmalıdılar. Yoxsaqıraqdan adama nakişi deyərlər. Mentalitetin ağıl dişinə bax…

Məhkəmələrdə baş verən qeyri-adi hadisələr maraqla oxunur. Birini də məndanışım, istəsə, yazsın. Cavan məhkəmə sədri (təxminən müəllif boy-buxunda)cinayət işi araşdırır. Oğlan neçə ildi Rusiyada, gəlin kənddə hamilə. Digəl,müqəssiri tap. Sədr oğlanın atasını zala çağırır. Oğlan qəzəblənir: «Mənəsəbəbkarı tap göstər, onu parçalayım!». Sədr ataya söz verir. Eşitdiklərindənşoka düşən oğul zalda qarşısına çıxanı döyüb söyür, axırda sədrə cumur. Sədrqeyzlənir: «Ə, camaatdan nə istəyirsən? Nə eləyib, atan eləyib. Parçala dasəbəbkarı!»

Bəlkə də o, bu əhvalatı məndən yaxşı bilir. Qəsdən yazmayıb ki, oxuyub utananolar. Amma indi kimdi kimin kitabını oxuyan. Fikri özünə getməsin: bu qədəriş-gücün içində həm kitab oxuya, həm də kitab yaza.

Onun gözəl də səsi var!..
Bu kitab da bir nəğmədi: Şahin nəğməsi…

TƏQVİM / ARXİV