adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

QADIN

FƏRİDƏ RƏHİMLİ
28981 | 2019-03-07 17:14

Qadın cəmiyyət üçün insan yetişdirir. O sağlam, rahat, problemlərdən uzaq, bir sözlə, ruh halı normal olmalıdır ki, gündəlik qayğıları deyil, yaxşı övlad tərbiyə etməyi düşünsün.

Osmanlı tarixində sultanların qadınlarının yalnız ikisi türk əsilli olub, qalan hamısı təhsilli, savadlı, intellektli yabancı qadınlardı. Çünki savadlı ana savadlı övlad deməkdi. Qadını küçələrə salan millət, cəmiyyət, fahişə südüylə bəslənən gələcək qazanacaq. Uşaqlarını acımadan küçəyə ata bilən qadın yetişdirir bu cəmiyyət. Qadına diqqət, qayğı elə cəmiyyətə, dövlətə, ailəyə qayğının özüdür.

Bu gün Qadınlar bayramıdır. Gözəlindən, çirkinindən, günahkarından, məcumundan, ağıllısından, avamından, vəzifəlisindən, işsizindən, gəncindən, yaşlısından asılı olmadan hər bir qadının bu gündən bir gözləntisi var...

Huzurlu bir qadın əsl kişi xarakterinin əsəridir, deyiblər. Hər qüdrətli kişinin arxasında mükəmməl bir qadın dayanır. Və... qadın mələkdir, qanadları sındırılanda süpürgəsinə minər, zarafatı (əslində, həqiqəti-F.R) da var. Odur ki, qadınına yaxşı davranan kişi elə özünə yaxşılıq etmiş kimidir, qənaətindəyəm. Qadın hər şeyin fərqindədir əslində, ona kələk gəlindiyində, yalan söyləndiyində, avam yerinə qoyulduğunda, oyalandığında, istənmədiyində, dəyərsiz görüldüyündə, xəyanət edildiyində və... sevildiyində, qiymətləndirildiyində. Sadəcə, bunu hər dəfəsində üzə vumağı lazım bilmir, zamanını gözləyir...

"Bir nəfər sevənim yoxdu”, dedim, anam: "Mən hələ ölməmişəm!” dedi”. 8 martı uzun illər həm də analarımızın bayramı kimi qəbul etmişik. Nə sirrdisə, aldığımız hədiyyə nə olursa, olsun, eyni sevinclə qəbul edib. İllər sonra anlamışıq ki, elə biz özümüz onun üçün hədiyyə imişik...

Bu bayramın səbəbkarı, uzun illər Bakıda adına böyük bir küçə (indiki Təbriz küçəsi) olan Klara Setkini illər ərzində lənətləyən kişilər və rəhmət oxuyan qadınlar olsa da, onun əslində kim olduğu haqda çoxlarının məlumatı yoxdur. Ümumiyyətlə, bu bir günlük bayramın səfasını yaşayan qadınların çoxunu səbəbkarın kim olması qətiyyən maraqlandırmır. Əsas odur ki, əksər qadınlar onlara olan bu məcburimi, içdən gələnmi "diqqətlə” məhz bu bir gün xoşbəxt olub, özlərini qadın kimi hiss edirlər.

1908-ci ildə Nyu-Yorkda 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş keçirdi. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.

Alman sosialistlərindən olan K.Setkinin başçılığı ilə qadınlar iş saatının azaldılmasına, maaşların artırılmasına və iş şəraitinin yaxşılaşdırılmasına görə mübarizəyə qalxdılar. Öz xalqının müqəddəs bayramını yaşatmaq üçün, Klara Setkin 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən beynəlxalq konqresində çıxış edərək 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsini təklif etdi. "Öz xalqı” deyərkən bilmənizi istəyirəm ki, Klara Setkin yəhudu olub. Beləliklə, 1966-cı ildən L.İ.Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilən, uşaqların "Analar günü”, böyüklərimizin "Qadınlar günü”

kimi qeyd etdiyi bu gün əslində, bir yəhudi bayramıdır. Bu gün, yəni 8 mart günü yəhudilərin Purim adlı bayramları qeyd olunur.

"Bibliya rəvayətlərinə görə, miladdan əvvəl 480-ci ildə yəhudilərin Babil əsarətindən qurtulmasından sonra arzu edənlərin Qüdsə qayıtmasına icazə verilib. Amma "özünü tutmuş" yəhudilər bunun üçün tələsmirdilər. Bu vəziyyət iranlıları getdikcə daha çox narahat etməyə başlayırdı. İran ordusunun baş komandanı Aman İran şahı Kserksin yanına gedərək vəziyyəti ona danışır. Kserks isə bütün yəhudiləri qırmağı qərara alır. Kserksin arvadı, özünün yəhudi olduğunu hamıdan gizli saxlayan Esfir, ərinin qəbul etdiyi qərarı dəyişdirməyə nail olur. Nəticədə İran şahının çıxardığı qərarda yəhudilərin deyil, onların düşmənlərinin öldürülməsi nəzərdə tutulur. Tezliklə yəhudilər antisemit iranlıları darmadağın edərək Amanın qulağını kəsirlər. Yeri gəlmişkən, indiyədək yəhudilər Purim bayramında Amanın qulağını rəmzləşdirən üçbucaq şirniyyat növü bişirirlər. Çox güman ki, Klara Setkinin təklifinin əsasında şəxsi maraqlar durub. İnqilabi hərəkatın da öz bayramlarının olması istəyi aydındır. Məsləkdaşlarını həvəsləndirmək, fəhlə kişilərlə yanaşı, qadınları da mübarizəyə qatmaq ağıllı və effektli ideya idi...”

Bəli, biz müsəlmanlar da yəhudilərin digər xalqalr üzərində, xüsusən də müsəlmanlara qarşı törətdikləri fitnə-fəsadlar, qırğınlar kimi qələbəsini "qadınlar bayramı”, "analar bayramı” adı altında qeyd edirik! Amma əsl müsəlman xanımının günü hesab olunmalı, İslam Peyğəmbərinin qızının doğum tarixindən xəbərsizik...

1911-ci ildə Kopenhagen qərarından sonra 8 mart ilk dəfə olaraq 19 martda Avstriya, Danimarka, Almaniya və İsveçrədə

bayram kimi qeyd edilmişdir. 1917-ci ildə Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı "çörək və sülh" adlı nümayiş keçirdilər.

1977-ci ildə BMT Ümumi Qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi. Bu gün 8 mart Avropa ölkələriylə bərabər Anqola, Burkina-Faso, Qvineya-Bisau, Anqola, Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya, Uqanda və sair ölkələrdə də qeyri-iş günü sayılır.

Qadınlarla anlayışla, qayğıyla, sevgiylə rəftar etdiyiniz hər gün onlar üçün bayramdır. "Qadınlarla insafla rəftar edin. Əgər onlar xoşunuza gəlməsə, nifrətinizi izhar etməyin. Çünki Allah sizin xoşunuza gəlməyən şeylərin çoxunda sizin üçün çoxlu xeyir qərar vermişdir”. "Nisa” surəsi, ayə:19.

Qadın haqqında məşhurların deyimləri: Qadın istənilən milyarder kişini milyonçu edə bilər. - Çarlz Çaplin Hər bir aşbaz qadın dövləti idarə etməyə qabildir. - Vladimir İliç Lenin

Sevən bir qadın üçün sevdiyi kişinin üzü, ona dənizin dənizçiyə göründüyü kimi görünür. - Onore de Balzak

Qadın ilk dəfə sevəndə ancaq sevgilisini, daha sonra isə sevgisini sevir. - Fransua de Laroşfuko

Qadın kölgə kimidir; onu izləyəndən qaçar, özü önündəkinin arxasınca düşər.- Ərəb atalar sözləri

Qadın qoxusunu yalnız tənhalıqda ətrafa yayan bir çiçəkdir.- Ərəb atalar sözləri

Qadınların pislərindən çəkinin, xeyirlilərinə ehtiyatla yanaşın. -Əli bin Əbu Talib

Bir qadına etməməli olduqlarını söyləmək ona nələr edə biləcəyini göstərməkdir.- İspan atalar sözləri

İlk arvadı sənə Allah, ikinci qadını insanlar, üçüncüsünü isə şeytanlar göndərər. - Yapon atalar sözləri

Qadını dirçəldən, onu uçurumun dibinə qədər düşməkdən qoruyaraq həyata yenidən bağlanmasını təmin edən yeganə qüvvə eşqdir. - Fyodor Dostoyevski

Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə, rəfiqələrinin yanında onu təriflə. Benjamin Franklin

Kişilər qadınların ilk sevgilisi, qadınlar isə kişilərin son sevgilisi olmaq istəyərlər. Oskar Uayld

Qadınlara hərdən itaət etmək lazımdır ki,onun üzərində hökmranlıq edəsən. Viktor Hüqo

Təməli məkrli niyyətlə qoyulsa da, bu gün dünya qadınlarının əksəriyyətinin bayramıdır və bu münasibətlə bütün qadınlarımızı təbrik edirəm!

P.S. Martın 8-də saat 14:00-da Bakıda feminist qadınların "Azad qadın” heykəli yanından başlayaraq X.B.Natəvanın heykəlinə qədər ərazidə yürüş keçirəcəklərini duydum. Maraqlıdı...


TƏQVİM / ARXİV