adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Paşinyana qarşı mitinq başladı: "Voskeparı türklərə vermə!"

629 | 2024-04-18 13:55

Hazırda İrəvanda mitinq başlayıb.

Erməni mediası yazır ki, Ermənistan hökumət binası yaxınlığında Nikol Paşinyandan sərhədlərin qeyri-qanuni demarkasiyası prosesini dayandırmağı tələb edən etiraz aksiyası keçirilir. Aksiya dua ilə başlayıb.

“Biz yeni ontoloji mübarizəyə, RA-nın ərazi bütövlüyü uğrunda mübarizəyə başlayırıq. Biz dəhlizin verilməsinə yox deyirik, Voskeparanı (Əskipara) və Tiqranaşeni (Kərki) təhvil veririk, "artsax"  (Qarabağ) ermənilərinin təhlükəsizliyini və statusunu təmin etmək üçün mübarizə aparırıq”, - aksiyanın lideri Vahangn Çaxalyan bildirib.

Onun sözlərinə görə, onlar “Nikolu dayandır” şüarı ilə gəlsələr də, hakimiyyət dəyişikliyi tələbi ilə, istefa vədi ilə gəlməyiblər, Paşinyanın yanlış addımlarını dayandırmağa gəliblər.

Əntiqə Rəşid

TƏQVİM / ARXİV