adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Baş nazir: "Salome Zurabişvili satqındır, xəyanətkardır"

603 | 2024-04-30 16:18

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilini satqın adlandırıb.


Gürcü mətbuatı bildirir ki, baş nazir prezidenti dövlətin milli maraqlarına xəyanət etdiyinin iddasındadır:“Ən kədərlisi odur ki, hələ də qanuni olaraq Gürcüstanın prezidenti adlandırılan şəxs sözün əsl mənasında, sadəcə olaraq bu ölkənin satqınıdır. O, birbaşa Gürcüstanın milli maraqlarına xəyanət edir”
Onun sözlərinə görə, Zurabişvilinin ölkə prezidenti postunu tutması da üzücüdür. Bunun üçün o, gürcü xalqından “şəxsən üzr istəyib”.
Xatırladaq ki, Gürcüstanın hakim partiyasının rəhbərlik etdiyi hökumətlə prezident arasında köklü fikir ayrılıqları ötən il, Zurabişvilinin Nazirlər Kabinetinin icazəsi olmadan Avropa turnelərinə çıxması ilə başlayıb. Bu ziddiyyətlər son günlər hakim partiyanın ölkə parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini müzakirə etməsi ilə daha da kəskinləşib. Prezident də, Gürcüstan müxalifəti də bunu “Rusiya qanunu” hesab edir.
Beləki, Gürcüstan prezidenti Salome Zurabişvili Tiflisdə parlament binası yaxınlığında xarici agentlər haqqında qanuna qarşı keçirilən aksiyada ölkə hökumətini və parlamentini təxribatda ittiham edib
Dövlət başçısı bu barədə X sosial şəbəkəsində yazıb:"Tiflisdə Rusiya qanununa (xarici agentlər haqqında qanun) qarşı kütləvi etirazların ikinci gecəsi. Hakimiyyətin xalqın iradəsinə zidd və tərəfdaşlarının etirazına baxmayaraq, bu qanunu qəbul etməkdə israr etməsi açıq-aşkar təxribatdır", deyə Zurabişvili bildirib.

 Qeyd edək ki, 2019-cu ilin  aprel -may ayında Gürcüstan prezidentinin qonşusuna qarşı siyasətini gördük... Ağstafa rayonunda, Azərbaycanla Gürcüstan sərhəddində yerləşən, gürcülərin “David Qareçi” dediyi Keşikçidağ abidə kompleksində böyük bir insident yaranmışdı. İnsidentə nəin ki, sadə vətəndaşlar eləcə də rəsmi şəxslərdə qarışmışdı. gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edərək onu Azərbaycandan geri almaq üçün hökümətə çağırışlar etdi.


Tarixçi-alim Altay Göyüşov ” gürcülərin “David Qareci” adlandırdığı tikili həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib. Yalnız gürcü tarixinin ən parlaq dövrü olan “Qurucu David” və daha sonra Tamaranın hakimiyyəti dönəmində monastır gürcü kilsəsinin təsiri altına düşüb. Bundan sonra məbəd gürcüləşdirilir”desədə onlar dinləmədilər.

Hətta Gürcüstanın prezidenti Salome Zurabişvili Azərbaycanla həmsərhəd zonaya səfər etdi və Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin 34 faizinin mübahisə predmeti olduğunu bəyan etdi.

Bu açıqlamadan sonra gürcü ekstremistləri hücum edərək ərazidə keşik çəkən iki Azərbaycan əsgərinin silahını əlindən alıblar, sosial mediada yayılmış, hadisə şahidləri tərəfindən çəkilmiş görüntülərdən bəlli olur.

Video görüntülərdə azərbaycanlı əsgərin öz həmkarına "onlara de bizim avtomatı versin" deməsi eşidilir. Görüntülərdə həmçinin bəzi gürcü fəalların Azərbaycan əsgərlərinin üzərinə yeriyib, onlara suallar verməsi də müşahidə olunur. Azərbaycan hərbçisinin təmkinli davranışı sayəsində nə itki baş verdi, nə də iki ölkə arasında müharibəyə zəmin yarandı.

 Bəlkə də, baş nazir səhv söz demir...

 Əntiqə Rəşid 

TƏQVİM / ARXİV