adalet.az header logo
  • Bakı -°C

Nəvəyə baba-nənə hədiyyəsi...  - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
210 | 2025-11-17 13:25
A- A+

Gəlin etiraf edək ki, insanlar xüsusilə, biz azərbaycanlılar övlada, ailəyə digər millətlərdən xalqlardan  fərqli olaraq, daha çox bağlıyıq. Bu bağlılığı da bizə sərgiləyən təkcə genimiz yox, həm də bu genin ən qabarıq göstəricilərindən olan adət- ənənəmizdir. Belə ki, biz hər şeydə, hər bir hərəkətimizdə, hətta məişətimizdə də min illərdən keçib gələnləri qorumağa, yaşatmağa çalışırıq. Yəni mühafizəkarıq. Hətta bu duyğularımızı ata sözlərimizdə, məsəllərdə də gerçəkləşdiririk, bir növ yaddaşa yazırıq.

Mövzunu bu cür girişlə təqdim etmyimin əsas səbəbi də məhz həmin o soy- kökə bağlılığımızdan irəli gəlir. Ona görə də çox böyük bir pafosla deyirik ki, " Dövlətdə dəvə- övaldda nəvə.!"

Mən də bilirəm ki, nəvəsi olan hər kəs yaşından- başından aslı olmayaraq bu hissi demək olar ki, bütün səmimiyyəti ilə yaşayır. Babalar, nənələr özlərini nəvə üçün oda- közə vurur. Müəyyən mənada övladı ikinci plana keçirirlər. Bu duyğuları söz adamları biraz da qabarıq yaşayır. Uşaq şairlərinin əksəriyyətinin şeirlərinin baş qəhrəmanı  da  məhz   onların  öz nəvələridir.

Azərbaycan ədəbiyyatında uşaqlarla bağlı yazılan şeir, hekayə ,  nağıl və digər janr nümunəllərinin əksəriyyətini oxumuşam. Ona görə də cəsarətlə deyə bilərəm ki, həmin əsərləin qəhrəmanları öz yazar nənə- babalarının ilham mənbəyidir. Bax elə indi sizə barəsində bir neçə kəlmə çatdrmaq istədiyim “İsaq belə İsaqdı” adlı   kitabda da toplanan bütün poeziya nümunələri məhz babanın nəvəyə sevgisinin, güvəninin, arzularının tərənnümüdür.

Kitabın müəllifi oxucuların yaxşı tanıdığı yazıçı, şair, publisist Vaqif İsaqoğludur. Xatırladım ki, Vaqif İsaqoğlu həm də Azərbaycan ordusunun birinci Qarabağ müharibəsini işıqlandıran hərbi jurnalistlərimizdən  biri olub və indi təqaüddədir. Barəsində bir- birindən maraqlı şeirlər yazılan İsaq isə təkcə babasının- nənəsinin  deyil, həm də istedadlı şair, tərcüməçi Tural Cəfərlinin övladıdır. Bu maraqlı təqdimatı ona görə etdim ki, öncədən məlumatlı olasınız. Biləsiniz ki, söhbət   SÖZlə   yaşayan bir ailənin övladından gedir. O ki, qaldı kitaba …

Kitaba ön söz yazmış müəllif  bir növ bu məktubunda  nəvəsinə ümidini, inamını, həm də bir nəslin davamçısı olmaq diləklərini çatdırıbdı. Və xatırladıb ki, bu kitabdakı şeilər ona yazılmaqla yanaşı, həm də ona bir yaşam vəsiqəsi verir. Müəllif vurğulayır ki, “Bu kitabı sevə- sevə oxu! Və unutma ki, sözlə isinən üşüməz. Onu da unutma ki, söz ən güclü silahdır. Həmişə sözünü kişi kimi de. Çünki kişinin sözü də kişidir!”

Vaqif İsaqoğlunun nəvəsinə yazdığı məktubun davamı olan şeirlər elə bir bölgü ilə düzülüb ki, oxuduqca İsaqla bərabər şeilər də sanki böyüyür. Onun dünyaya gəlişi, beşikdəki mışıltısı, ilk kəlməsi, iməkləməsi – bir sözlə bir uşağın yeriyib, yüyürnəsi, məktəbə üz tutmasına qədər… Artıq məktəbli olan İsaqla bağlı onun doğum gününə yazılan şeirlə də bir növ yaşına- başına uyğunlaşıbdıır.

Burda bir  fikri mütləq qeyd etmək istəyirəm. Yəni sözün ən halal mənasında adamın İsaqa bir az  " paxıllığı "  tutur. Axı onunla bərabər adına yazılan şeirlər də püxtələşib, böyüyür. Bu bir zarafat olsa da, kitabda  bunu  aydın görmək  mümkündür. Belə ki, Vaqif İsaqoğlu nəvəsinə yeddi il bundan öncə yazıb:


Şirin yuxuya gedib,
İsaq yatır beşikdə.
Boz sərçələr yenə də,
Hay-küy salır eşikdə
.

Üç il sonra isə o, İsaqa belə üz tutur:

Nənə nağıl danışdı,
İsaq yenə yatmayır.
Qızılgülün içndə,
Nədən yuxu tapmayır
?


Mən kitabdakı şeirlərin hər biri haqqında ayrıca fikir bildirmək niyyətindən uzağam. Çünki hər kəsin bu kitabı oxumasını, əldə etməsini istəyirəm. Axı bu gün övladlarımızın, nəvələrimizin gerçək sözə, səmimi duyğulara və bir də mənasız şoulardan uzaq durmağa, qorunmağa daha çox ehtiyac duyulur. Ona görə də biz böyüklər, bir az geciksək də , heç olmasa bundan sonra balacalara, gələcəyimiz olanlara daha diqqətli yanaşmalıyıq. Onları zərərli vərdişlərdən, əxlaqa və sağlamlığa ziyan olan hər cür problemlərdən uzaq tutmağa çalışmalıyıq.

Xatırladım ki,  kitabla tanış olduğum müddətdə gəldiyim qənaət bu oldu ki, uşaqla elə uşağın öz dilində gerçəyi danışmaq, onlara həyatı tanıtmaq   daha maraqlıdır  , daha doğrudur, nəinki onları hansısa vədlərlə aldatmağa, həyatın ümidinə atmağa cəhd etmək… Axı bu biganəlik bizim hamımızın bəlasına çevriləcəkdir. Bunu bilmək zənnimcə o qədər də çətin deyil.

Və sonda vurğulamaq istəyirəm ki, babasının İsaqa yazdığı şeirləri kitab halında ona təqaüdündən yatırım edən nənəsi Bəyaz xanım hədiyyə edibdir. Məncə, nənə-babaların ən  gözəl hədiyyəsi də məhz belə olmalıdır.

 

TƏQVİM / ARXİV