Azərbaycanda ilk dəfə rəqəmsal əkiz müsahibə verib
Azərbaycanda ilk dəfə olaraq rəqəmsal əkizin verdiyi cavablar əsasında müsahibə hazırlanıb.
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova akademik Əli Abbasova dövlət başçısının ölkəmizdə süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizliyin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifələr, 2030-cu il üzrə strateji hədəflər və proqnozlar, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, texnoloji müstəqilliyin təmin edilməsi və ölkənin yeni rəqəmsal inkişaf mərhələsində qarşıda duran vəzifələrə dair suallar ünvanlayıb.
Adalet.az xəbər verir ki, müsahibə suallarını akademik Əli Abbasovun rəqəmsal əkizi cavablandırıb.
Süni intellekt texnologiyaları əsasında yaradılmış bu rəqəmsal model alimin mətbuatda olan əvvəlki çıxışları, elmi əsərləri və baxışları əsasında formalaşdırılıb, alimin fikir və düşüncələrini, müxtəlif məsələlərə yanaşmalarını analitik şəkildə təqdim edib. Bu yanaşma ölkədə süni intellekt tətbiqlərinin real praktik mühitdə nümayişi baxımından mühüm əhəmiyyət daşıyır.
Rəqəmsal əkiz müsahibə zamanı ünvanlanan sualları ətraflı formada cavablandırıb, dövlətin rəqəmsal inkişaf prioritetləri, yeni rəqəmsal arxitektura, süni intellekt strategiyası və kibertəhlükəsizlik sahəsində qarşıya qoyulan məqsədlərlə bağlı akademik Əli Abbasovun mövqeyini aydın və sistemli şəkildə, statistik göstəricilər əsasında təqdim edib.
Rəqəmsal əkizinin verdiyi cavablara münasibət bildirən akademik Əli Abbasov qeyd edib ki, əsas məsələ insanın rəqəmsal əkizinin real şəxsin bilik və mövqeyini nə dərəcədə dəqiq əks etdirməsi, eləcə də bu kimi sistemlərin fəaliyyətində etik və hüquqi prinsiplərin hansı səviyyədə qorunmasıdır.
Digər Xəbərlər
02 Mart 2026 11:12
İmmun sistemi barədə 5 ən böyük mif və real tibbi həqiqətlər
28 Fevral 2026 13:32
Cinema Radio Kino Radio Kanalı: Bakıdan Los Angelesə qədər dalğalar...
23 Fevral 2026 11:02
Dəmir qəbul edirsinizsə, bu, qana keçirmi? - SN-nin mütəxəssisi anemiyadan danışır
20 Fevral 2026 11:31


Bakı -°C

