adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Mücahidlər əks həmləyə hazırlaşırlar, ⁠müharibə davam edir

RÜSTƏM HACIYEV
21836 | 2021-08-19 11:29


Əfqanıstanda "Talibanın" nəzarətində olmayan əfqan müqavimət dəstələrinin döyüşçüləri, qərb dövlətlərini onlara silah -sursatla kömək etməyə çağırır. Waşinqton Post bununla bağlı müqavimət cəbhəsinin lideri Əhməd Məsudun bəyənatını yayımlayıb.

Əfqanıstan müqavimət cəbhəsinin lideri Əhməd Məsud, talublərə qarşı vuruşan "Şimal alyansının" rəhbəri mərhum Əhməd Şah Məsudun oğludur. Əhməd Məsudun sözlərinə görə, ABŞ və tərəfdaşları "döyüş zonasını tərk" etdilər, lakin Amerika hələ də "demokratiyanın nəhəng arsenalıdı".

"Bu məqsədlə mən, Əfqanıstanın Qərbdəki dostlarından xahiş edirəm ki, Vaşinqtonda, Nyu-Yorkda konqress və Bayden administrasiyası qarşısında, təhsil aldığım London və bu yaz Yelisey bağında atamın xatirəsi yad edilən Paris qarşısında bizi müdafiə etsinlər"- deyə müqavimət cəbhəsinin lideri bəyan edib.

Məsud, onun çağrışına qoşulan əfqan ordusunun xüsusi təyinatlılarının silah və hərbi texnikaları ilə Pəncşerə doğru gəldiklərini bildirir. "Nəticəsindən asılı olmayaraq, mən və mənim mücaidlərim Pənşeri - sonuncu əfqan azadlıq qalasını son nəfəsimizə qədər qoruyacağıq. Bizim döyüş ruhumuzu heç nə slndıra bilməz. Biz təcrübəmizdən bilirik ki, bizi nələr gözləyir. Bizə çoxlu silah-sursat, ağır silahlar lazımdır"- deyə bəyənatda bildirilir.

Kabildən olan hərbi mənbələrdən bildirilir ki, təslim olmaqdan imtina edən əfqan ordusunun və on minə yaxın döyüşçüsü olan Marşal Əbdül Rəşid Dustumun dəstələri, taliblərə qarşı müqavimət cəbhəsinə qoşulmaq üçün Pəncşərə tərəf irəliləyirlər. Həmçinin, birinci vitse prezident Əmrulla Salehin əmrində olan qüvvələrin Pərvan əyalətindəki Çarukar rayonu üzərində nəzarəti geri qaytardıqları barədə məlumat yayılıb.



Bir sözlə, ABŞ -ın ölkəni tərk etdikdən sonra da hələ Əfqanıstanda alovun sönməyəcəyi, əksinə daha da şiddətlənəcəyi planları təsdiqini tapmaqdadır.

Pəncşer Əfqanıstanın 34 əyalətindən biridir. Çətin relyefə məxsus regionun əhalisi 140 mindən çoxdur. Burada ABŞ başda olmaqla NATO- nun hərbi bazası yerləşirdi. Hələ 25 il bundan əvvəl də hakimiyəti ələ alan taliblər Pəncşər dərəsini nəzarəti altına ala bilməmişdilər. 1996-cı ildə "Şimal alyansının" lideri Əhməd Şah Məsud bu bölgədə yerləşərək onlara qarşı müqavimət göstərə bilmişdi. Şah Məsud ötən əsrin 80-ci illərində sovet ordusuna qarşı da ciddi müqavimət göstərən hərbi səhra komandirlərdən sayılırdı.

Gözlənildiyi kimi "Talibanın" Əfqanıstanda hakimiyyəti ələ keçirməsi, hələ bu ölkəyə stabilliyin, əmin-amanlığın gəlməsi anlamına gəlmir. Əksinə vəziyyət onu göstərir ki, qanlı qarşıdurmalar hələ qabaqdadır.

Talibanla sülh danışıqları apardıqdan sonra, hərbi qüvvələrini Əfqanıstandan çıxaran ABŞ, deyilənə görə bir milyardlıq silah-sursatını taliblərə buraxmışdı. Bundan istifadə edən taliblər tez bir zamanda hakimiyyəti yenidən ələ almağı bacardı. İndi ABŞ istəyinə çatmaq üçün Əhməd Məsudun müqavimət cəbhəsini silahlandıracaq və vətəndaş müharibəsinin daha da alovlanmasına münbit şərait yaradacaq.

Əfqanıstanda müharibə davam edir.

Rüstəm Hacıyev

TƏQVİM / ARXİV