"İstədim millimizə  “əla oyun göstərin" arzulayam..." - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
2247 | 2023-06-22 10:24

Minifutbolumuzun rəqibləri bəlli olub.

Beləki bu il Birləşmiş Ərəb Əmirliklərinin Ras el-Xayma şəhərində keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkü atılıb.

Mərasimdə Azərbaycan milli komandasının da rəqibləri bəlli olub. Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Tunis, Misir və İraq yığmaları ilə birlikdə G qrupunda mübarizə aparacaq. Mundial oktyabrın 26-dan noyabrın 4-dək Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq.Farslarlar demiş, Xub! 

  İstəyirdim deyəm ki, əziz futbolçularımız uğur olsun, əla oyun göstərin!
Beqafıl yadıma düşdü ki, Azərbaycan yığmasının yəni milli komandamızın 67 yaşlı baş məşqçisi Canni De Byazi seçmə mərhələnin ikinci turunda İsveçə 0:5 hesablı məğlubiyyətdən sonra “əla oyun göstərdik” deyəndən sonra "əla oyun göstərin" sözü gülüş doğurur! Byazi demiş, "əla oyun" göstərməyin, day nağayrırsınız qayırın!

Əntiqə Rəşid

 

TƏQVİM / ARXİV