adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Məzahir ƏHMƏDZADƏ: YOLDAN TELEQRAM

MƏZAHİR ƏHMƏDZADƏ
173578 | 2020-06-13 09:00

Əzizim Aqil Abbas! Vəziyyət bizdüşündüyümüzdən də mürəkkəbdir. Üstəlik mənəvi-əxlaqi üstünlüklərin nəzərə alınmamasına,heç başqa səbəbləri demirəm, fiziki gərginlik də əlavə olunur gün-gündən.Mövcud vəziyyət bunları bir yerə cəmləşdirməyə imkan yaratmır. Cəfakeşlik, fədakarlıq,sanki bir "son döyüş" ovqatına köklənmək də o ağayana vaxtların bircəaylıq effektini vermir.

Bir zamanlar, mən hətta az qalamaşında yaşayırdım. Qəzetin nüfuzuna, işimizin normallıq xətrinə... Səmimi əlaqələrimiz,aktual və maraq doğuran yazılarımız oxucularımızı və dostlarımızı sevindirirdi.İndi də belədir, "Ədalət" zövqlə oxunur.

Biz 30 ildir ki, bəzieniş-yoxuş istisnası ilə eyni məsləkə, eyni ideyaya xidmət edirik - Vətənə! Bizdostların və oxucuların simasında vətənimizə, xalqımıza, ali rəhbərliyə layiqçalışdığımızı sübut edərək bu istiqamətdə daha böyük uğurlar qazanmaq arzusundayıq.Bəzən zəif, günün tələblərinə cavab verə bilməyən yazılarımız da olub. Ancaqümumən "Ədalət"imiz həmişə sevilib və maraqla qarşılanıb. Mən bunuregionlar üzrə baş redaktor müavini çalışdığım müddətdə daha yaxından görüb izləməkdəyəm.

Biz fəaliyyətimiz dövründə heçkimə borclu qalmamaşıq. Bütün sahələri əhatə edən qəzet saylarımız arxivimizdəvə elektron variantlarda tarixi faktlar olaraq yaşayır. Biz uzun illərdən bəribütün mövzularla yanaşı, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarınınicrasını yüksək peşəkarlıqla təbliğ edib işıqlandırmaqdayıq. AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili vəxarici siyasətin nəticəsi olaraq ölkəmizin bütün istiqamətlər üzrə inkişafınımüntəzəmliklə oxuculara çatdırırıq.

Əlbəttə, bu bir iş prosesidir.Üzərimizə düşən vəzifələri yerinə yetiririk. Ancaq indiki halda məsələnin başqatərəfləri də varmış. Sən demə, dövlətçiliyə, xalqa və mətbuata xidmətlərimizüçün bizə qeyri-rəsmi olsa da yuxarılardan tapşırılmaq lazım imiş (???). Qoybizə tapşırsınlar, bütün təbliğatımızı "Ədalət" üzərində qurarıq, ənsevimli qəzetimizdir formasında. Bəzi dost-tanış və qohum-qonşu istisnası ilə qəribəsituasiya yaranıbdır. Ad günü, yubiley-filan da yadımdan çıxıb. Bu münasibətləheç bir stəkan da çay içməmişəm.

Qəribədir. Necə ola bilər ki, həmseviləsən, həm də bu sevgi üçün icazə (?) istəyəsən? Hələ evimizin divarlarıkimi çat verən bəzi dostların adamı utandıran qəribə münasibətləri də biryandan. Bəlkə də elə deyil, gərgin vəziyyətdə olmağımın tərəddüdləridir.

Əzizim Aqil! Bax mən neçə illərdənbəri belə bir "yol xəritəsində" ilişib qalmışam. Mənəvi tərəflərilabirintdən də betərdir. Çaşıb qalmışam: yola davam edimmi? Hansı istiqamətə üztutum? Mən işimi davam etdirmək, vəzifəmi yerinə yetirmək arzusundayam. İstəryaradıcılıq istiqamətində, istərsə də təşkilatçı, müavin, məmur... görəvində.Biz bu məsələlərdə həmişə səmimi, dürüstvə ədalətli olmuşuq. Onda bəs bu qəribə davranış, müəmmalı münasibətlər haradanpeyda oldu? Mən bütün bunları tam çılpaqlığı ilə yazmaq istəmirəm də. Heç kiməminnət də qoymaq istəmirəm. Ancaq belə dostluq olurmu?

Belə sevgi olurmu?

Olurmu heç???

TELEQRAMA ZƏRURİ ƏLAVƏ:BAKI-QAZAX MAGİSTRALI, MİNGƏÇEVİR ŞƏHƏRİNƏ KEÇİD MƏNTƏQƏSİ


TƏQVİM / ARXİV