Alıbəy "fenomeni" - Məzahir Əhmədoğlu yazır

MƏZAHİR ƏHMƏDZADƏ
3199 | 2022-03-04 14:43

Üç barmağın məlum konfiqurasiyası, mən bilən, dünyanın hər yerində felən eyni məqsədi daşıyır. Heç bir söz demədən insan zəkasının bu ən primitiv göstərişi ilə qarşı tərəfə qəzəb, təhqir, aşağılama tuşlanır. Ən yüngül formada isə, olsa-olsa, gülüş hədəfinə çevrilən şit bir zarafat.

O gün Aqil Abbasın yazısını oxuduqdan sonra məsələyə bir az fərqli yanaşmalı oldum. Bizdə "üç barmaq" konfiqurasiyasının başqa bir mənbəyi də varmış. Ancaq bilmirəm, bu, "Alıbəy fenomeni" folklorumuzdan gəlir, ya elə nə vaxtsa, haradasa, mövcud olmuş "tarixi şəxsiyyətdir", bəlkə də? Doğrudan, bilmirəm. Hər halda folklorumuzu və xalq dilini çox gözəl bilən Aqil Abbas, öz xarakterinə və publisist üslubuna sadiq qalaraq evinin çörəkpulunu da bu andıra qalmış "ani lotereya" adlı "Ostap Bender yaradıcılığına" sərf edən milli cahillərimizi Alıbəyin təbii konfiqurasiyasına çox ləzzətli şəkildə qonaq etmişdi.

Uzun onilliklərdən sonra arxaikləşməkdə, unudulmaqda olan o səxavətli Alıbəyi müasir publisistikaya gətirən Aqil Abbasa təşəkkürlər!

Yüz giley-güzarı, yüz tənqidi yazını atın bir kənara. Aqil Abbas sarkazmı Alıbəyin qayıdışı ilə vacib və mühüm yerdədir. Möhtəşəm və müthiş formada.

Daha bu Alıbəy konfiqurasiyasının gigiyenik olub-olmamasını da buraxaq boş-boş xəyallarla növbələr yaradan cahillərin öz zövqünə...

  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV